Əlimdə qələm uzaqda mən, sən tap qucağla məni,
Görəndə ağla məni, sıxdı sevgin ağıla məni.
Yuxumda sanki, çevirdi bu sevgi nağıla məni,
Əlimi, qolumu bağla mənim nazik qara bağla məni.
Ağlar qəlbim, yolumu bağlar səbrim,
Səhralar sonumdu, dağlar qəbrim, sevgimə gülməsinlər.
Sənə yazılı hər sətrim, burnumda sənin ətrin,
Sinəmi yarım, qəlbi sənə gətirim, sevgimə gülməsinlər.
Bir də ki, məni yaşadan qara gözlərin axı var,
Bəzən incidirsən, qəlbimə qan sözlərin axıdar.
Sevgimə gülməz indi özgə,bir sən gül, bəsimdi,
Əlimdə zülüm əzimdi, ürəyimi, gülüm, əz indi.
Bir də ki, ruhumu bədəndən ayıran baxışın var,
Məftil, qan olsa belə burdan bayıra çıxışım var.
Dodağımda duyuram nəfəsini,
Mən sanki vəhşi yırtıcı, sən bilmədən sındırdın qəfəsimi.
Sevgimə gülməsinlər! İçimdə dustaq inlər,
Kömək etməz nə dualar, nə də ayinlər.
Əlimdə qandal, qolum irin edib, ipləri qanqal,
Gülsünlər sevgimə, yetərki yanımda sən qal…
Daha nələr ola bilər əgər qırılsa bu çərçivələr,
Yoxluğunda bu gədə dağları belə gərçi dələr.
Elə bil fil oturub ürəyimə xirtdəyimə dirənib,
Səni özgəylə görəndə elə bil bədənə tökürlər civəni.
Sən haqda yazmaq çox çətin, həm də təb ani gəlir,
Sənin yoxluğunda əzazillər, ətimi zəbani dəlir.
İzin ver sənə doyunca baxam, nə qədər ki sağam,
Ürəyində olmağım bəs etmir, qoy, damarlarına axam.
Bakı çalxalanar yerindən əgər telinə zərər dəysə,
Hər nə isə, ölümə bərabər əlinə ayrı bir əl dəysə.
Dartır lap dərinə dəniz, məni saxlayan tək əlsən,
Həyatım əllərində, getsən tətiyi çəkərsən.
Sənə verdiyim gülləri saxla, solsa geri verərsən,
Ömrüm, sualıma cavab ver, mənə ərə gələrsən?
Tarix: 26.12.2014 / 12:32 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Sevgi şerləri