Qərarı vermisən gedirsən demək
Nə olar,son dəfə tut əllərimdən
Sanma sənsizliyə dözər bu ürək
Nə olar,son dəfə tut əllərimdən
Bu qəm zindanında mən oldum dustaq
Qəmə təslim oldum,əlimdə bayraq
Ölərəm,qalaram,fərqi yox ancaq
Nə olar son dəfə tut əllərimdən
Mənimçün dünyada yox sənə oxşar
Sevgimi heç zaman etmərəm inkar
Madam gedirsənsə son istəyim var
Nə olar son dəfə tut əllərimdən
İtirdim sevgimi seni heç nədən
Sevən mən,sən isə oldun tərk edən
Məsləhət sənindi,amma getmədən
Nə olar son dəfə tut əllərimdən
Qəlbimdən istəyi dəyişməsə də
Getmeyin gerçəyi dəyişməsə də
Düzdür bu heç nəyi dəyişməsə də
Nə olar son dəfə tut əllərimdən
Artıq vidalaşır qəlb yiyəsiylə
Demirəm son dəfə sevirəm söylə
Ən azı,görüşmək bəhanəsiylə
Nə olar son dəfə tut əllərimdən..
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 35 Bölmə: Sevgi şerləri