Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni.menden Almagindan Qorxuram

Bu həyatın məhəbbət oyununda,
Səni məndən almağından qorxuram,
Bu görünməz eşq yolunun sonunda,
Sənin mənsiz qalmağından qorxuram.
Getmə gözlərimin önündən biran,
Sənsizlikdən sızlayıram mən hər an,
Ağladıqca od tutub alovlanan,
Qəlb evimin yanmağından qorxuram.
Xəzan olan bu payızlı qəlbimin,
Şaxta, duman, çən, ayazlı qəlbimin,
Yeni bahar görən buzlu qəlbimin,
Qışa düşüb donmağından qorxuram
Bəzən gözlərimdən yaş kimi axıb,
Bəzən də “get” deyib arxamca baxıb,
Ən sonda Rusifi yalnız buraxıb,
Bu sevgini danmağından qorxuram.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi şerləri
loading...