Dözüb çox əzaba
yaşaya bildim.
Səbirli olmağım gəlir
karıma.
Heç bir arzularım,
heç bir xəyalım dünyaya
gəlmədi,gəlmədi,neynim,
Gəldilər birbə-bir yuxularıma.
Ah,necə xöşbəxtəm,
uçuram yenə!
Qollarım lələksiz qanad
kimidir,
Gör necə yüksəyə qalxa
bilərəm.
Bütün təhlükədən,
bütün qorxudan mən yalnız
uçmaqla çıxa bilərəm.
Hələ ki,oyanmaq gəlmir ağlıma.
O qədər xəyallar qurmuşam,
allah! Elə inanmışam,
inanmışam ki,özüm
uydurduğum xəyallarıma.
Heç bir arzulara çatmasam
belə,səbrimi qoruyub
saxlamalıyam.
Nə nağıl,əfsanə,nə də ki,həyat.
Mən təkcə yuxular qəhrəmanıyam.
Tanrı bəndəsini gör necə
sevir!Sevir dözümünə,
səbrinə görə.
Ayağı yorğana uzatmaq olar.
Bir kimsə ayağın uzada bilməz,
onunçün qazılmış qəbrinə görə.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Sevgi şerləri