Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Ayrılıq”

Məni xatırlayıb,ağladığından,
Erkən unudulan,kədər olmuşam,
Sən mənim qəlbimdə,çağlayan ümman.
Mənsə yanağında,hədər olmuşam,

Bir dəfə yol alan,dərd qatarının,
Səsində tar kimi,qəm harın-harın..
Hicran fəryadıyla,hayqıran tarın,
Bir notuna sığan-qədər olmuşam,

Hicranın bitməyi,baxmadı səyə,
Qaldım gecələrə,baş əyə-əyə
Şerimdə bir dəfə olasan deyə,
Zülmət gecələrdə,səhər olmuşam…

Sənsiz sevincə də,yetmirəm fəqət,
Sənənsiz kədəri də,heç etmirəm qət ..
Məni qarğıyalı,sənsiz məhəbbət,
Qəmli duyğulara-yetər olmuşam…

Hicranla yoluxdum,sağalmaz dərdə,
Yaşamla ölümdə,görmürəm pərdə..
Mən dəli-divanə,sən isə ərdə..
Yaşarkən öləndən,betər olmuşam..


Tarix: 26.12.2014 / 12:26 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Sevgi şerləri
loading...