Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Olar Cezami Ozun Ver Menim

Mən səni üşüdən, soyuq qaramsa.
Əriyib gedərəm necə varamsa.
Mən səni sevməkdə günahkaramsa,
Nə olar cəzamı, özün ver mənim... Ağlım ürəyimi məzəmmət eylər,
Nə sönər həyatım, nə ləzzət eylər.
Qorxuram Allahım mərhəmət eylər,
Nə olar cəzamı özün ver mənim... Yazmışam şerimi,qəzəllərimi.
Xoşuna gəlməsə, kəs əllərimi.
Əzrail anlamaz nəzərlərimi,
Nə olar cəzamı özün ver mənim... Gün çıxır naz ilə, mavi dənizdən.
O da alışmağı, öyrəndi bizdən,
Hərdən boylanaraq pəncərənizdən,
Nə olar cəzamı, özün ver mənim


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 31 Bölmə: Sevgi şerləri
loading...