Bəzən nə isə yazmaq üçün əziyyət çəkməyə, araşdırma etməyə və s. ehtiyyac qalmır. O anlarda, sadəcə hisslər
danışır.. Bu zaman, sadəcə həzin musiqilər dinləyərək içimdən gələnləri rahatca ifadə etməyə başlayıram. Niyə
məhz skripka şəkli? Mənimçün hissləri musiqidə ən gözəl ifadə edən alətlərdən biri skripkadır, bu postu yazmazdan
əvvəl, evdə skripkamla bölüşdüm hisslərimi, onunla “danışdım” və beləcə skripka şəkli seçdim. Postun sonunda,
kiçicik bir player var, sadəcə “play” düyməsinə klikləyin və oxumağa davam edin…
Bəzən sevmək.. Səbəbsiz sevmək..
Bəzən.. Sırf onun ətri gəlir deyə kiminsə arxasıyca uzun bir yol getmək və ya kiməsə sırf onun istifadə etdiyi ətirdən
istifadə edir deyə yaxın olmağa çalışmaq..
Bəzən onun gülüşünü, onun baxışını xatırladan birilərinə uzun-uzun baxmaq..
Bəzən sırf onun izləri olduğu üçün, bir yerlərdən dəfərlərlə təkrar-təkrar keçmək. Onu xatırlamaq.. Onun izlərini
hiss etmək..
Bəzən bağlı nömrəsinə zəng edib, “bu nömrəyə zəng çatmır..” deyən robota qulaq asmaq. Robota nifrət etmək, eyni
zamanda onla bağlı olduğu üçün onuda sevmək..
Bəzən bir ehtiyac.. Onlarla insanın əhatisndə, birinin boşluğu.. Ona gərək duymaq.
Bəzən yuxularda görüşmək. Sırf onu görmək üçün yatmaq, ondan ayrılmamaq üçün yuxudan oyanmağı istəməmək..
Bəzən uzaqlaşmaq.. Bəzən uzaqlıqlara baxmayaraq, yaxın qalmaq.. Varlığı ilə yaşamaq..
Bəzən hər musiqidə, hər notda, hər kitabda, hər küçədə, hər döngədə, hər kinoda onunla bağlı nəsə axtarmaq və
tapmaq, gülümsəmək, xəyal qurmaq..
Bəzən səbəb xoşbəxt olmaq, bunu hiss etmək, inanmaq.. Səbəb axtarmadan..
Bəzən darıxmaq.. Öləcəkmiş kimi darıxmaq..
Bəzən gözləmək.. Gələcəyini bilmək.. Sevmək..
Bəzən sadəcə hisslər.. Həzin musiqi hisslərin ən gözəl dəstəkçisidir.. İçinizdən gələni üzə çıxartmaqdan
çəkinməyin..
Musiqi ruhun qidasıdır! Ruhunuza nuş olsun!!!
Tarix: 03.12.2014 / 18:37 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Sevgi şerləri