Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getdi...

Sevmişdim! Eşqimin gözündən düşdü də getdi.
Yandı bir kərə! Gözümün qəmindən bezdi, usandı.
Küsdü də getdi. Bacardı vallah qeherden divarlar
tikib hörməyi, bir qəlbi ikiyə bölməyi, onu ayrı
sevməyi məni ayri sevməyi bacardı getdi... Susdu
sözləri, bağırdım çağırdım səslədim də boş! Küsdü
gözləri. Getdi...
Həm haqqlı həm haqqsız, bir az ixtiyarsız... Danışdı
kövrəldi... Düşündüm yox daha bundanda o terefe
nə?! sevgi tukəndi. İçdiyi andları sıxdım ovcuna,
ötürdüm yol ayrıcına. Getdi...
İtirdim dumanlı kölgəsini də. Bir addım geridə
qoyub gəldiyim, O nağıl günlərin ölkəsini də.
inanmadim ki, günlərin, ayların gözəli bitdi. Son
anın qüdrəti sarsıtdı məni. Gör necə illərim
qoynunda itdi. Getdi...
Varikən yox olmaq necədə asan. İndi bu yoxluqda
var olan sənnən, axi necə qaçasan?! Necə
qurtulasan?!
Bu necə sevdadır axı bilmirəm. Xatirəm başında
ağlayanım yox. Xatirim eşqinə yaşayanım da.
Yaşadanımda... Getdi arzudan arzuya qondu da
getdi.Çarəsiz yaralar vurdu da getdi... O getdi...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Sevgi şerləri
loading...