Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eliaga Vahid...

Nə qədər eşqimiz,ey gül, belə pünhan olacaq?
Aşikar eyləməyincə ürəyim qan olacaq.

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,
Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü-biçarəyə gül,
Nə qədər bəs o fəqirin işi əfqan olacaq?

Eşqdən başqa nə dərd olsa, yenə çarəsi var,
Ayrılıq dərdinə, bilməm, necə dərman olacaq?!

Öz xoşümla o qara zülfə əsir oldum özüm,
Bilmədim,xatirim eşqində pərişan olacaq.

Sən götür məscidi, Zahid,bizə meyxanəni ver,
Kim bu işdə görək axırda peşiman olacaq?!

Hələ,Vahid,meyə meyl eyləmə,qoy gəlsin o gül,
Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri
loading...