Yaninda Gunahkaram..
Dünən üz-üzə gəldik,
Yenə də danışmadın.
Özündən böyük imiş
Təkəbbürün, inadın.
Necə də ağılsızam-
Tanımamışam səni.
Məhəbbətə yozmuşam
İnciyib küsməyini.
Sevgi müqəddəs olur
Ürək böyük olanda.
Yüz qəzəbi yandırar
Onun odu bir anda.
"Yanında günahkaram"
Bunu demirəmsə mən,
Bağışlamaq haqqını
Kim almışdır əlindən?!
Sənsə bağışlamadın,
Sevməmisən də demək.
Necə sevə bilərdi,
Bağışlamaq hissindən
Məhrum olan bir ürək?!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri
loading...