Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənim sənsiz romantikam ....

Mənim sənsiz romantikam..


Bir zaman hardaydım indi haralara gəlmişəm... Mən belə deyildim ki... Sadəcə, həsrətin qızıl xanəsi həbs edib məni özünə...


Mənim sənsiz romantikam..


Yoxluğun varlığımı o qədər incidir ki, üsyan edir bu can hər sabahına...


Mənim sənsiz romantikam..


Sənsizlik pərdə çəkib gülüşümə... Görəsən nə vaxt gələcək yaz?... Nə vaxt güləcək üzüm?..


Mənim sənsiz romantikam..


Sənsizlik çökür sinəmə...
Köksümə qədər qaranlığa batmışam... Köksüm qədər tənhayam..


Mənim sənsiz romantikam..


Dərd bazarından yeni bir dərd almışam...
Sənin üçün çəkdiklərimi bilsən, sən də ağlayarsan...


Mənim sənsiz romantikam..


Sənsizlik nəfəsimi kəsib...

Sənsizliyimin portretini çəkib asmışam divardan... Otaq... Saat... Və Sənsizliyimlə söhbət edirəm ..


Mənim sənsiz romantikam..


Bəzən kəlimələr aciz qalar... Suala ehtiyac qalmaz... Heç cavaba da...
Dil yetməz hisləri anlatmağa... Sözlər elə acizdir ki, `sevgili`...


Mənim sənsiz romantikam..


Bəzən susarsan... Hisslərin bağırar sadəcə...
Ürəyində tam bir qaranlıq hökm sürər və sən sadəcə seyr etmək məcburiyətində qalarsan...


Mənim sənsiz romantikam..


Bu biçarə sevglin qaraqabaq olub artıq...
Necə qaraqabaq olmayım mən?... Sənin hicranınla... De!!...


Mənim sənsiz romantikam..


Tənhalıq məni çox sevir, elə məndə tənhalığı... Çünki, mən səni çox sevirəm, sənsə tənhalığı miras qoymusan...


Mənim sənsiz romantikam..


Gecələr şirin röya da sevməz məni... Gəlməz gözümə... Sənsizlik, yuxusuzluq kədər olaraq qonar üzümə....


Mənim sənsiz romantikam..


Bilirəm, `o` hardasa biryerlərdə məni izləyir... Amma mən onu izləyə bilmirəm..
O qədər çarəsizəm ki... Sənə çata bilmirəm deyə..


Mənim sənsiz romantikam..


O üzün gülümsədiyini bir daha görməyəcək gözlərim... İndi de mənə, necə gülümsəsin səni görməyən gözlərim?..


Mənim sənsiz romantikam..


Mənə görə `o` hər yerdədir, mənim yanımdan başqa...


Mənim sənsiz romantikam..


`Səni sevirəm` mənimlə olsanda, olmasanda...


Mənim sənsiz romantikam..


Gərək bir az içim... Sərxoş olum... Səni bir az unudum... Ayrılıqdan yazım..
Yazım ki, payıza çevrildi mənim yazım... Sənsiz yazıldı `alın yazım`...


Mənim sənsiz romantikam..


Bu soyuq baxışlar... Bu həsrət dolu həyat... Səndən sonra dünya daha yavaş dönür sanki...
Sanki, bütün cahana yayılmış bir durğunluq var..
Bədənim qaranlıq... Çıxışı olmayan bir həbsxanadayam sanki...


Mənim sənsiz romantikam..


Bəzən həyat `sevdiyini öz əlinlə, ölümə uğurladacaq` qədər insafsızlaşar...
`Hər insan layiq olduğunu yaşar` deyirlər... Görəsən nə idi ki, günahım həyat bu qədər insafsızlaşdı?...


Mənim sənsiz romantikam..


Bu qədərmi ümidsiz olar insan həyatı?..
Yarım yaşandı hər şey... Yarım oldu... Bitdi belə deməyə dilim gəlmir...


Mənim sənsiz romantikam..


Kim bilir... Bəlkə də bitmədi... Bir ömür yaşayacaq bu sevgi... Mən ölmədikcə sevgimizdə yaşayacaq..


Mənim sənsiz romantikam..


Hələ ki, sənsizliyin sınaqlarındayam... Görəsən nə zaman bitəcək bu qış?... Nə vaxt düşəcək istilər?..


Mənim sənsiz romantikam..


Bəlkə də... Bəlkə də hardasa, nə vaxtsa... Amma hələ ki, yox...


Tarix: 03.12.2014 / 18:01 Müəllif: Aziza Baxılıb: 130 Bölmə: Sevgi şerləri
loading...