Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir sevgi,bir dua!

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu.Ancaq Mozes bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi.

Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi.Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi.Nəhayət,çirkin aşiq gözəl qızdan: “Evliyin bir tale işi olduğuna inanırsınızmı?”-deyə soruşdu. “Əlbəttəə..”-gözəl qız cavab verdi. “Bəs siz?”Bəs siz necə inanırsınızmı?..”Bu dəfə bu sualı verən gözəl qız idi.O,hələ də başını qaldırmamışdı.Mozes bir saniyə belə gözləmədən cavab verdi.: “Əlbəttəə?Mən də inanıram!”Və sözlərinə belə davam etdi: “Bilirsinizmi,anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: “Allahım,heç şübhəsiz mənim oğlum üçün taleyinə qız yazdın.Əgər oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa,bu şikəstlik oğlumda qalsın,evlənəcəyi qız gözəl olsun.Çünki şikəst və çirkin qadın,şikəst və çirkin bir kişidən daha dəhşətlidir”.

Mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı,diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu.Və daha sonra Mozesin sevimli həyat yoldaşı oldu...

P.S. Hörmətli üzvlər.Bu,heç də adi nağıl deyil.
Bu,məşhur alman bəstəkarı Feliks Mendelsonun babası ilə nənəsinin “eşq hekayəsi”dir...


Tarix: 03.12.2014 / 17:49 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Sevgi şerləri
loading...