Ürəyimdə suxurlanmış
məhəbbətin izlərini,
Baxışınla yaşadarsan ilk
eşqimin bənzərini,
Bu dünyaya dəyişmərəm
şəfəq sacan gözlərini,
Od almışam sifətindən, axıb
sənə qarışmışam
Sənsiz yaman darıxmışam!
Bir haray var gəncliyimdə,
qoyammıram ona bir ad
Gör nədəndir? Eşqimizdən
ərşə qalxıb nalə,fəryad
Bu ayrılıq günlərində bircə
kərə olsaydıq şad,
Deyə bilməm, bəxti kəməm,
dərdli-qəmli yaranmışam
Sənsiz yaman darıxmışam!
O gülüşün nə şirindir,
həsrətinsə yaman cətin
Mən soyuyub buza döndüm,
qızdırarmı hərarətin?
Bir gizlicə, bir alovlu, bir
bəlalı məhəbbətin
Alovunda tüstülənib, yanıb-
yanıb kül olmuşam
Sənsiz yaman darıxmışam!
Elə bilmə sakit-sakit
inildəyən mən bir neyəm,
Elə bilmə saclarına sıgal
cəkən bir küləyəm,
Uzaqdasan... Xəyalınla
yaşayıram, elə bil ki
səninləyəm
Harda olsam səni hər an
düşünməyə calışmışam
Sənsiz yaman darıxmışam!
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri