Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menimdunyam...

Yenə yagmur yağır sənsiz bu gecə
Damcılar qəlbini döyür,açan yox
'Qəlbimdən yox olub getmisən'-demə
Mənimlə ayrılıb,vidalaşan yox
¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤¤
Yenə yağmur yağır misralarima Yəqin mələklərin göz yaşıdır bu
Bəlkə ötüb,keçən tozlu illərin
Bir ömür silinməz yaddaşıdır bu
************************
Yenə yağmur yağır səssiz-səmirsiz
Pıçıldar adını sakitcə qəlbim Ruhum da islanır beləcə sənsiz
Daha sevgimizdən üzülür əlim
»«»«»«»«»«»«»«»«»«
Kaş yenə qəfilden qapım açıla
Yenidən qonağım olasan mənim
Çarəsiz gözümü dikmişəm yola Bir qələm,bir vərəq olub həmdəmim


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri
loading...