Bəlkə üzə bilmədim sevgi, eşq dənizində
Amma səni gözlədim günün hər dəqiqəsində
Səni gözlədim, amma sənki gələ bilmədim
Üzümü güldürmədin, məni sevindirmədin?!
Getdiyim gündən bəri tək-tək saydım dərdləri
Dərdlərim dağa dönüb demə özüm bilmədən
Bir vaxt möhkəm tutduğum o zərifcə əlləri
Demə özgələr tutur, mən özümdə bilmədən
Azca dəyərim yoxmu, söylə sənin gözündə?
Bu qədər sərt davranırsan hər tərəfin önündə
Neyləmişəm mən sənə, nə olubdur günahım?
Bu qədər sərt davranırsan, mənə hərkəs önündə?
Bircə onu söyləki, sevmişmiydin sən məni?
Yoxsa fırlatdın məni?
Köhnə oyuncaq kimi
Qırağa atdın məni?
Nə qədər yazsamda mən,
Bunlar fayda etməyir
Ağlımdan çıxmadın sən
İndi faydasız hərşey.
Bəlkə son şeirimdir, bəlkə son nəfəsimdir
Amma bilki bu gələn bircə mənim səsimdir
Hayqıraraq dəlitək Səni sevirəm deyən
Bircə mənim səsimdir!!!
Tarix: 25.11.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Sevgi şerləri