Xowuna Gelirse Yene Aglayim
Hönkürməkmi yaxşı, gülməkmi yaxşı?-
Hansın bəyənirsən? Susum? Çağlayım?
Təzəcə quruyub gözümün yaşı,
xoşuna gəlirsə, yenə ağlayım! Zirvə ol, yanından ötüm çən kimi,
Sərilim önündə bir çəmən kimi,
Saçını lacivərd yasəmən kimi,
Xoşuna gəlirsə hər gün qoxlayım. O qədər ümidim açılıb- solub,
Urəyim o qədər boşalı- dolub,
Xoşuna gəlirsə divanə olub
Lap sənin ozundən yar soraqlayım Ömrün azı qalıb, əriyib çoxu
Yeganə təsəllim- didərgin yuxu,
Tale kitabımı gizlicə oxu,
Xoşuna gəlirsə mən varaqlayım, Məndən bir ürək var xatirə- səndə,
Xoşuna gəlirsə, qalsın sinəndə,
Hər gün küçəmizin dar səkisində
Addım səslərinə ayaq saxlayım?...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Sevgi şerləri
loading...