Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sende Yalan...

Oyandım...
Könlümə qoru səpildi
Qırıq anlarımın bildim səhvini,
Ani sevinclərin aldı heyfini
Oyandım könlümə odu təpildi
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...
Axtardım günümü iynədən sapa
Axtardım ömrümü lap ələk-vələk
Səni deyən olmadı
Ehh... kimin nəyinə lazımdı axı
Mənim həyatıma zəhrimar qata
Səndən başqa
Səndən başqa...
Gözümü yolların bozuna dikdim
Yüz dəfə uçurdum yüz dəfə tikdim
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...
Yenə bu həsrətin havası boğdu
Elə bil xoşbəxtik deməmişdik biz
Məni bu həsrətin anası doğdu
Bələkdən məzara mənəm həsrətin
Bələkdən məzara mənəm sevgilim
Odsuz ocağıyam kor məhəbbətin
Sən...
Sən yuxu idin
Çoxunu dünyada ac görəndə mən
Sən...
Sevginin toxu idin.
Özüm yaratmışdım səni...
Olduğundan beş betər
Yetər daha yetər inanki yetər!
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...
Açılır səhər
Yenə bu dünya neçənci dəfə
Ağ olur üzümə
Mənə bu yoxluqda vermə kədər qəm
Dağ olur üzümə
Mənə etdiklərin başıma gəlir
Qocaldır qocaldır,
Yaşıma gəlir
Bir anlıq fikrimnən baxanda geri
Gözümə ələnən kədərdən anla
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...
Küçələr boş gəlir önünə hər dəm
Təngiyən nəfəsli gözüm axtarır
Hey düşündüm mənə neylədinki sən
Hər kəlmə başında sözüm axtarır...
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...
***
Viranə
Sevən könül uçub mən də
Divanə
Demə bu sevgidə sən yarannan
Ömür yalan idi bəxt də yalannan...
Yenə sən varıydın,
Sən də yalannan...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 127 Bölmə: Sevgi şerləri
loading...