Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Olacagam

Bir gün ağlayaraq üstümə gəlsən,
Göz yaşını silən, mən olacağam.
Haraya üz tutsan, haraya getsən,
Qarşına ilk gələn, mən olacağam.
Nə vaxtsa düşünsən "unudar" məni,
Ağlına gətirmə "sən" olacağam.
Bir zaman telində görərsən dəni,
O, teldə ağaran, dən olacağam.
Özgəsini sevib qaçsanda məndən,
Yolunda tək ölən, mən olacağam,
Sonunda hər sevən bezəcək səndən,
Qədrini tək bilən, mən olacağam..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi şerləri
loading...