R.Rovshen
Səni bu gecəyə tapşırıram, get
Səni tapşırıram ay işığına.
Astaca-astaca, aram-aram get,
Çağırsam, dayanma qışğırığıma. Düz yeri, burulma döngəyə,tinə,
Qoy hələ bir az da görüm mən səni.
Hayana gedirsən? Kimin ömrünə
Mən yola salıram ömrümdən səni?! Gedirsən, yerişin nə qorxacaqdı,
Hardasa ulayan bir tənha it var.
Qayıtmaq istəsən, qapım açıqdı,
Hələ ay batmayıb, hələ ümid var...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 34 Bölmə: Sevgi şerləri
loading...