Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Olum Ve Ayriliq

Kim deyir ki, eynidir? Təzaddır ölümlə ayrılıq.
Bənzər bircə cəhəti var.
Azaddır ölümlə ayrılıq.

Ölüm vicdanın var olduğunu bilmək.
Ruhunu Allaha verməkdir
Ayrılıq vicdansızın var olduğun görmək.
Ömrünü həyatın önünə sərməkdir.
Təzaddır ölümlə ayrılıq.
İnandırır
Biri ədalətin varlığına, biri darlığına.
Hər gün birinə yarsansa...
Fəlsəfəsini anlamazsan sözümün.
Dua et bəxtiyarlığına.
Təzaddır ölümlə ayrılıq.
Ölümdə əbədilik var.
Ayrılıqda əzəlilik.
Biri son müdriklikdir.
Biri ilk dəlilik.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Sevgi şerləri
loading...