Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HESRET...

Hər şeyin əvvəlli,birdə sonu var,
Mənim bu eşqimdə son olmayacaq .
Bizi ayırsa da keçilməz divar,
Ürəyim həsrətdən yorulmayacaq.

Alnımda artacaq qırışın sayı,
Həsrətdən od tutub yanacaq könlüm.
Sənsiz yola salıb baharı,yayı,
Şaxtada,çovğunda donacaq könlüm.

Bütün ümidimi üzsəmdə səndən,
Üzdə şadlanaraq gülecəyəm mən.
Gerçəkdə inciyib küssəm də səndən,
Röyada yanına gələcəyəm mən

Ömür yollarında əsəndə yellər,
Basım dik duracaq,əyilməyəcək.
Ötəcək fəsillər,ötəcək illər,
Dərdimi bir tanış,dost bilməyəcək.

Bu eşqin qəbrədək qalacaq izi,
Saçimda çoxalan dən olacaqsan.
Yanımda hər zaman başqa birisi,
Qəlbimdə əbədi sən olacaqsan...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi şerləri
loading...