Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kec Gozumun Yasindan

Dərdim duman, həsrətin bir yel olmuş,
Dönəcəkdin, qayıtmadın... İl olmuş.
Aşıb-daşıb aramızda sel olmuş, -
Bacarırsan, keç gözümün yaşından! Itirməzlər bir ümidi, bir andı!
Yaxşı, yaman çiynimizdə qalandı.
Bu zülümdən ölüm belə yalandı,
Qatilimsən, iç gözümün yaşından! Nisgilimi desəm səbir daşına
Biçarə daş çatlayacaq boşuna.
Dörd tərəfi götürəcək başına, -
Gözlərini aç gözümün yaşından! Günüm batıb, eşqin bağı göy mamır...
Gözlərimdən ürəyimə hey damır…
Ömrüm mənim, axı dözüm tablamır!
Qaça bilsən qaç gözümün yaşından!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri
loading...