Öldürən baxışlar
O süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların oldu sevda dənizim,
Gülən baxışların qəlb sevincimdir.
Gözümə zillənib baxanda gözlər,
Sanki bir dikanı battı hər gülün.
Elə ki çəkildi o gülən gözlər,
İndi de əzizim mən necə gülüm.
Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə bir him-cim oldu,
Bəzən ürək deyir bir az çox baxın.
Güldürmə demə ki baxmıram sənə,
Sevən gözlər heç vaxt yalan söyləmir.
Sevirəm denən sən mənə bir dənə,
Gözlər yorulubdur tabda gətirmir.
İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum qanadım.
Elə hey baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.
Qələmin bəs dedi gedirəm indi,
Deyir yenə baxar dur get yanına.
Gördüm yenə baxdın qəlbim sevindi,
Gözlərim hey baxır gələn yoluna.
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Sevgi şerləri