Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxudur Meni

Şam yanır...
Külək də məni qorxudur;
Qorxuram söndürər bu son şöləni.
Səni düşünmək də məni qorxudur,
Səni unutmaq da qorxudur məni. Sinəmdə həsrətlə çırpınır ürək,
Gah da ürək boğur özü deyəni.
Qorxuram heç zaman biz görüşməyek
Fəqət görüşmək də qorxudur məni. Bəzən yaxın gəlib əl uzadırsan,
Qorxuram əlini ovcuma alım.
Qorxuram yorulub dərddən-əzabdan
Əllərim boşalsın, mən əlsiz qalım. Elə bil tutmuşam sınıq körpüdən
Üstümə sel gəlir hey qucaq-qucaq.
Qorxuram gözünü ağlar görüm mən
Gülən gözündən də qorxuram ancaq. Qorxuram təkləyib boğar qəm seni
Arabir özünü çəksən xəlvətə.
Qorxuram özgəylə görərəm səni,
Dönər şübhələrim bir həqiqətə. Qorxuram görməzsən qəlbimdəkini,
Qorxuram görməyə bir şey qalmasın.
Qorxuram əlimdən alalar səni.
Qorxuram ömürlük heç kəs almasın. Qorxuram aləmə səs düşə birdən,
Qorxuram alova döndərim közü.
Sənin taleyinçin çox qorxuram mən,
Elə özümçün də qorxuram düzü...
(Rəsul Həmzətov)


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri
loading...