Ezelden Taleyim Sensiz Yazilmiw..
Bir ömür tükəndi bir ömür bitdi
Əzəldən taleyim sənsiz yazılmış
Məcbur yazdığım bir gün silindi
Əzəldən taleyim sənsiz yazılmış
Ömrümün sevinci kədərdir dedim
Səni ayrı salan qədərdir dedim
Nə etsək onsuzda hədərdir dedim
Əzəldən taleyim sənsiz yazılmış
Ağlasam duymazsan sussam bilməzsən
Çağırsam nə fayda sən ki, gəlməzsən
Təməlsiz dünyamın səni yıxılmış
Əzəldən taleyim sənsiz yazılmış
Qismətdən nə artıq yaşaya bildim
Nə sənsiz bir ömürə qismətim dedim
Duydum ayrılığı bilərək sevdim
Əzəldən taleyim sənsiz yazılmış
İndi sənli ürək sənsiz bir həyat
Divanə cismimin düşməni olmuş
Dərdimi tutmaz ki, qoca kainat
Əzəldən taleyim sənsiz yazılmış
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...