Umid Ver Mene..
Bitmədi! Bitməsin! Ümid ver
mənə!
Qayıt həyatıma, sənsiz olmayır!
İstəsən söylərəm mən dönə-dönə:
“Qayıt həyatıma, sənsiz olmayır!” Yenə həsrət dolu axşam çökəcək,
Qəlbimi qüssəyə, qəmə bükəcək.
Bir anım bir il tək – zaman ötəcək…
Qayıt həyatıma, sənsiz olmayır! Yoxdur heç bir insan səntək
dəyərdə,
Sevə bilməyəcək bu ürək bir də.
Hardayam – göydəyəm, yoxsa ki
yerdə?
Qayıt həyatıma, sənsiz olmayır! Afaqam, hisslərim alov saçacaq!
Eşqim ürəyində çiçək açacaq!
“ Gəl” desən – ruhum da sənə
qaçacaq!
Qayıt həyatıma, sənsiz olmayır!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 47 Bölmə: Sevgi şerləri
loading...