Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yene Yagiw Yagirdi....

Yenə yağış yağırdı...

Toz ətirli küçədə

Belə gözəl gecədə

Sənsiz gəzmək ağırdı.


Yenə yağış yağırdı...



Yarpaqlar nazlanaraq yağışda

yuyunurdu,

Sən yox idin,

Qəlbimdə tənhalıq

duyulurdu

Ürək sənsiz fağırdı.



Yenə yağış yağırdı...

Hər damlası məhəbbət,

Hər damlası bir həsrət.

Yenə yağış yağırdı...

Başımın üstə duman,

Tənhaydım,

tənha yaman.



Sevgim yağışla birgə

yer üzünə yağırdı...

Haradansa doğma səs birdən məni çağırdı.


Yenə yağış... yenə sən...

Allah, necə xoşbəxtəm!..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Sevgi şerləri
loading...