Saf bir məhəbbətdir mənim diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən məni
Məni sevməyinçün söylə neyləyim...?
Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə neyləyim...?
Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec bilmişəm
Məni sevməyinçün söylə neyləyim...?
Deyirəm qoy hamı eşitsin bunu
Sevməsən qırılar sevginin qolu
Yaman əzablıdır sevginin yolu
Məni sevməsiyçün deyin neyləyim...?
Vaxt vardı, sevirdim səni, bax indi
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!
Vaxt vardı, ağlıma hakimdi hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən enibsən!
Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!
İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!
Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!
Yadındamı görüşə çağırdım səni,
Qəmli baxışlarla yandırdın məni,
Dedim söylə görüm nədir səbəbi
Son sözün bu oldu: Ayrılmalıyıq!
Kaş eşitməyəydim mən bu sözləri,
Kaş görməyəydim qəmli gözləri.
Dedim: Kim ayırır axı bizləri?
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrılmaq çətindir səndən, sevgilim,
O gözəl gözlərdən necə əl çəkim.
"Sonuncu görüşdü fikirləş" dedim
Son sözün bu oldu: Ayrılmalıyıq!
Ayrıldıq səninlə biz həmişəlik,
Sənə bir arzum var, o da xoşbəxtlik.
Arzum budur geyinəsən gəlinlik.
Son sözün bu oldu: Ayrılmalıyıq
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Sevgi şerləri