Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hec Utanmadin?

Sən vara dövlətə uyan deyildin,
Özgəni eşidib,duyan deyildin.
Heç nəyi ölçüyə qoyan deyildin,
Sevgimizi qoydun!Heç utanmadın?

Hər şeyi puç etdin sən cəhənnəmə,
Olmadın dərdimə tən,cəhənnəmə.
Sevgi cəhənnəmə,mən cəhənnəmə,
Namusuna qıydın heç utanmadın?

Coşur urəyimin qəmi,heyrəti,
Xəyanət edincə,sevməzdin qəti.
Sən bizim sevgini,bu məhəbbəti,
Aləmlərə yaydın heç utanmadın?

Demirem önumdə diz çöküb əyil,
Vaxtın axarıyla olarsan zəlil.
Mənim saf eşqimi,sevgimi deyil,
Öz nəfsini duydun hec utanmadin?

Sənin aləminde bu məhəbbətdir,
Mənim üçünsə bu bir acı qismətdir.
Təsvir et qan içmək bir xəyanətdir,
Qan içibde doydun,hec utanmadın?

Bilmirəm nə edim,nə deyim sənə,
Heç yandırmazdı pis gəlməzdi mənə.
Bir şirin kəlməyə uysaydın yenə,
Var-dövlətə uydun,hec utanmadın?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...