SENE GUVENDIYIM DAGLAR......
Əsən hicran küləyi,
Sevgimizi aparmış
Elə baxma üzümə,
Sən gözləri yaşarmış.
Dolan dəniz bir damla
Göz yaşıyla daşarmış
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.
Zaman elə tələsdi
Geriyə yolun yoxdur.
Sən ki bir ocaq idin,
Indi qəlbin soyuqdur.
Üzündə həsrət izi,
Saçların da ağarmış.
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.
Günlərin rəngi solub,
Axı nələr solmayıb?
Kimə güvənim indi,
Güvənc yerim qalmayıb.
Məni gözdən qoymayan,
Indi gendən baxarmış,
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış...
(N.Kəsəmənli)
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri
loading...