Ramiz Rövşən. Boğulur
D
ünyanın suyu çirklənir,
Suyunda balıq boğulur.
Çirklənir, göyü çirklənir
Göyündə Allah boğulur.
Çox batan yerində batır,
Dadına gələn də batır,
Ağıllı dərində batır,
Dayazda axmaq boğulur.
Kimisi nəğməli-sazlı,
Kimisi başı başı qapazlı,
Kimisi paltar-palazlı
Kimisi çılpaq boğulur.
Tarix: 28.05.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Sevgi şerləri
loading...