Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Dünya Belədir?!

Bu dünya belədir?!
Deyirlər zümətdə öz fitrətindən
Kimi daş-qaş gördü, kimi daş gördü.
O sirli diyarın bol nemətindən
Kimi götürmədi, kimi götürdü.

Götürən düşündü, aldandım əbəs,
Məndən çox götürdü filan, filankəs.
-Niyə götürmədim bir ovuc da mən,
Deyə fikirləşdi, heç götürməyən.

Dünyanın əvvəli, sonu müəmma.
Cövhəri müəmma, donu müəmaa.
Dünyanı anlayan qəmini çəkdi,
Anlaya bilməyən dəmini çəkdi.

Sonda ömür yolu keçdi sitəmdən,
Biri qəmdən bezdi, o biri dəmdən.
Elə ki, ömürlər yetişdi sona,
Təəssüf oduna gözər bərəldi.
Biri: “Hayıf”- dedi qanmadığına,
Biri qanmağından cəzanə gəldi.

Qanan gileyləndi öz qanmağından.
Qanmayan söylədi: “Qanaydım mən də”.
Zülmət diyarının daş-qaş dağından
Götürən də peşman, götürməyən də.
Bu dünya belədir yaranışından,
Qaçan da peşmandır, qovan da peşman.

Sevənlər sevgidən nə qazandılar?

Sevib alışdılar, yanıb qandılar.
Sevən ömrü boyu ancaq inlədi,
Bu odun içindən keçənlər dedi:
Kaş əzəldən sevib sevilməyəydim,
Onun dadını da heç bilməyəydim.
Sevginin qəmindən, işgəncəsindən,
Zinhar olmayanı görməmişəm mən.
Məcnundan başlayıb Kərəmə qədər
Sevənlər sevgidən nalə çəkdilər.
Dastanlar bağlandı bu müşgül oda,
Bunu görə-görə çoxlarını da
Sevgi həsrətilə mən yanan gördüm.
Sevə bilənlərə qısqanan gördüm.

Sevgi axtardılar,
Sevda gəzdilər
Tapdılar,
Ertəsi gün ondan bezdilər.
Gördülər ürəyə işləmiş bu od.
Yananda bildilər nə imiş bu od.
Bu düzsə söyləsin sevgidən bezən,
Sevən bəxtəvərdir, yoxsa sevməyən?

Əlhəzər etsə də söyəsin gərək
Sevməkmi yaxşıdır, yoxsa sevməmək?
Ona da əl çalır, buna da insan.
Biz evi görmürük qapı döyəndə.
Zülmət diyarının boş daş-qaşından
Götürən də peşman, götürməyən də.
Bu dünya belədir yaranışından
Gözəl də peşmandır, çirkin də peşman.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Sevgi şerləri
loading...