“Sevmək” - dedim. 
“Yoluna ölmək”-dedi.
“Yol” - dedim. 
“Alıb başını getmək “- dedi.
“Getmək” - dedim. 
“Bir Ahh çəkib dostlardan ayrılmaq” - dedi. 
“Dost” - dedim. 
Dayandı mənə baxdı dost deyə zümzümə etdi. 
“Ürəyimə necə qoysam bilmədiyim”- dedi.
“Ürək” - dedim. 
“Dünyaları içinə sığdıra bilmədiyim” - dedi.
“Dünya” - dedim. 
“Həyatın bir üzü” - dedi. 
“Üz” - dedim. 
“Ardında nə gizli bilmədiyim” - dedi.
“Gizli” - dedim. 
“Həmişə həll etməyə çalışdığım” - dedi.
“Çalışmaq” - dedim. 
“Bitməyəcək əhvalat” - dedi. 
“Əhvalat” - dedim. 
“Minlərləsini içimdə gizləyirəm” - dedi. 
“Gizləmək” - dedim. 
“İşdə hər şeyin bitimi” - dedi. 
“Sevda” - dedim. 
“Əllərimdə bir çiçəklə
Arxasından qaçdığım” - dedi. 
“Qaçmaq” - dedim. 
“Həyat bir marafon” - dedi. 
“Həyat” - dedim. 
“Elə qısa ki!”- dedi. 
“Nə üçün qısa?” - deyə soruşdum. 
“Yaşanacaq çox şey var zaman yox” - dedi. 
“Yaşanması lazım olan nə var?” - deyə soruşdum. 
“Eşq” - dedi. 
“Neçə dəfə?” - deyə soruşdum. 
“Min dəfə dedi milyon dəfə EŞQ.”- dedi
“Niyə bir dəfə deyil?”- deyə soruşdum. 
“Bütün eşqlərin cəmi ən uca və tək eşq”- dedi. 
“Əvvəl ona çatsan olmazmı?”- deyə soruşdum. 
“Kaş ki olsa dedi amma əvvəl yoğurulmaq gərək”-dedi.
“Acı çəkməkmi?”- deyə soruşdum. 
“Bəli eşq ağrısında yox olmaq”- dedi. 
“Yox olunca!”- dedim. 
“İşdə gerçək eşqdə o zaman yaşamağa başlarsan”- dedi.
“Gerçək eşq!”- dedim. 
“Böyük o!”- dedi. 
Dayandım. Dayandım. Və susdum! 
“Niyə susdun?”- deyə soruşdu. 
“Ürəyim titrədi sanki” - dedim. 
“Niyə?”- deyə soruşdu. 
“Bilmirəm”- dedim. Böyük O!"
“Bəli”- dedi. Böyük O! 
“Harada?”- deyə soruşdum. 
“Hər yerdə”- dedi. 
“Necə?”- deyə soruşdum. 
“Ürəyini aç”- dedi
“Ürəyimi açmaq!”- dedim. 
“Bir təbəssümlə bax hər şeyə”- dedi. 
“Təbəssüm”- dedim. 
“Hər qapının açarı”- dedi. 
“Qapı”- dedim. 
“Girmədən bilə bilməzsən”- dedi. 
“Ya qorxu!”- dedim. 
“Bilinməyəndən qorxar insan”- dedi. 
“Mən kiməm?” - deyə soruşdum. 
“Sevgiylə bəslənənsən”- dedi. 
Dayandım. Dayandım. Yenə susdum. 
“Kimsən?” deyə soruşdum. 
“SƏNim”- dedi.
"Səni Sevirəm"-Dedim
"Mən də Səni"- Dedi..
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Sevgi şerləri