Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİTAB VƏ HİKMƏT [1]

Quran işığında Kitab və Hikmət
Bir çoxlarının doğru hesab etdiklərinin əksinə olaraq deyə bilərik ki, Allah Təala bütün nəbilərə Kitab və Hikmət vermişdir. Ənam surəsinin 83-cü və ondan sonra gələn ayələrdə Nuhdan İsaya qədər 18 nəbinin adı sayılmış və belə buyurulmuşdur: "Onların atalarını, soylarını və qardşlarını da seçdik: Onlara doğru yolu göstərdik."
Ayədə bütün nəbilərə işarə etdikdən sonra belə buyurulmuşdur:
"Onlar kitab, höküm və nəbilik verdiyimiz kəslərdir." (Ənam, 89)

Ümumi olaraq dörd ilahi kitabın nazil olduğu qəbul edilir: Bunlar Tövrat, İncil, Zəbur və Qurandır. Peyğəmbərimizə istinad edilən bir rəvayətdə Adəmə 10 səhifə, Şitə 50 səhifə, İdrisə 30 səhifə və İbrahim əleyhimussəlama 10 səhifə olmaq üzrə 100 səhifənin də endirildiyi iddia olunur. [1]

Bu hesabla cəmi səkkiz nəbiyə kitab verilmiş olur. Halbuki yuxarıdakı ayələr bütün nəbilərə kitab və höküm verildiyini bildirir. Onlara verilən hökmə başqa bir ayədə "hikmət" deyilmişdir.
"Allah nəbilərdən söz aldığı gün onlara "Sizə Kitab və hikmət verəcəm, əlinizdə olanı təsdiq edən bir elçi gələrsə ona mütləq inanıb, ona yardım edəcəksiniz. Bunu qəbul etdinizmi? Bu ağır yükü daşıyacaqsınızmı?" demişdi. Onlar da "qəbul etdik" demişdilər. Allah "Siz buna şahid olun, sizinlə bərabər Mən də şahidəm" demişdi." (Ali-İmran, 81)

Bu ayəyə görə nəbilərin vəzifəsi ümmətlərinə o kitabı hakim qılmaq, o kitabla hökm verməkdir.
"İnsanlar tək bir ümmət idi. Sonra Allah onlara müjdə verən və xəbərdarlıq edən nəbilər göndərdi. Onlarla birlikdə haqqı göstərən kitab da nazil etdi ki, ixtilafa düşdükləri mövzularda insanlar arasında o kitab hakim olsun. Halbuki ixtilaf edənlər özlərinə Kitab verilənlərdən başqası olmadı. [2] Açıq-aydın dəlillər gəldikdən sonra bir-birilərinin haqlarına göz dikdikləri üçün belə oldu. Sonra Allah inanaları ixtilaf etdikləri məsələlərdə Öz izni ilə doğruya yönəltdi. Allah əzm göstərəni [3] doğru bir yola yönəldər." (Bəqərə, 213)

Kitab verilən ümmətlərin öndərləri də o kitabla höküm verməlidirlər. Allah Təala belə buyurmuşdur:
"İçində hidayət və nur olan Tövratı biz nazil etdik. Allaha təslim olmuş nəbilər Yəhudilər arasında onunla hökm edirdilər. Din adamları və alimlər isə onlardan Allahın kitabını qorumalarını istədikləri üçün onunla hökm edər və ona şahid olardılar. Siz, insanlardan qorxmayın; Məndən qorxun. Ayələrimi keçici [4] bədəllə dəyişdirməyin. Allahın endirdiyi ilə hökm etməyənlər kafir olanlardır." (Maide, 44)

Hikmət, doğru hökmdür [5]. Peyğəmbərimiz, Qurandan doğru hökmlər çıxarıb tətbiq etmiş, bizə də onun üsulunu öyrətmişdir. Quranda bütün incəlikləri ilə yer alan o üsula görə davranılarsa Kitab ilə Sünnət arasında bir uyğunluq olduğuna şahid olarıq.
Allahın iki cür ayəsi vardır; biri yaratdığı ayələrdir ki, bütün elmlərin qaynağıdır. Alimlər var olan məlumatları/bilikləri öyrənər, doğru bir üsul istifadə edər və doğru davranarlarsa yaradılmış ayələrdəki hikmətləri tapa bilərlər.
Yuxarıdakı ayədə alimlər deyə tərcümə etdiyimi kəlmə "hibr"in cəmi olan ahbardır = الأَحْبَارُ. Hibr (الحبر) özündən sonra əsər qoyan alimə deyilir. Onlar Allahın yaratdığı ayələrlə nazil etdiyi ayələri birlikdə dəyərləndirə bilərlərsə hikmətə vararlar. Çünki hikmət, din ilə elm arasındakı ortaq məxrəcdir. Allah Öz dinini fitrət olaraq tərif etmiş və belə buyurmuşdur:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ.

"Sən üzünü doğru bir dinə, Allahın fitrətinə çevir. O, insanları ona görə yaratmışdır. Allahın yaratdığının yerini tutacak bir şey yoxdur. Məhz doğru din bu dindir. Amma insanların çoxu bunu bilməzlər." (Rum, 30)

İlk enən ayələrin fitrətə, yəni yaradılış qanununa diqqət çəkməsi çox önəmlidir.
"Rəbbinin adı ilə oxu. O insanı ələqdən yaratmışdır. Oxu. Rəbbin sonsuz kərəm (ikram) sahibidir. Qələmlə öyrətmişdir. İnsana bilmədiyini öyrətmişdir." (Ələq, 1-5)

Quranın böyük bir hissəsi təbiətdəki ayələrə diqqət çəkir. Quranı, Ərəb dilini və üzərində işlənilən mövzudakı fitrət ayələrini bilən insanlarla bərabər bir çox tədqiqatlar apardıq. Gördük ki, bu üsul mövcud elimə irəliyə doğru hədəfləri göstərir.

Allah Təala Adəm əleyhissəlama əvvəlcə fitrəti, varlıqların içində gizlətdiyi elmi öyrətmişdi. Çünki “وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا = Adəmə "O isimlərin hamısını öyrətdi" ifadəsində isimləri göstərən əvəzlik şüursuz varlıqlar üçün istifadə edilən "ha= ها" əvəzliyidir. Adəm varlıqlarda olan, lakin mələklərin bilmədiyi elmi öyrənincə ha= ها əvəzliyinin yerini şüurlu varlıqlar üçün istifadə olunan "hum = هم" əvəzliyi aldı və ifadə; ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ "…sonra onları (o elm qaynaqlarını) mələklərə göztərdi" şəklinə çevrildi. Çünki şüur insanın yararlanacağı elm mənasına da (Müfrədat) gəlir. Mələklərin şüursuz zənn etdikləri varlıqlarda onların bilmədiyi bilgi vardır. O bilgi kənardan baxılınca görülmədiyi üçün Allah Təala ona "qeyb" dedi və Mələklərə belə söylədi: "Sizə demədimmi Mən göylərin və yerin qeybini bilirəm" (Bəqərə, 33)

Allah Adəmi bu bilgi/elm ilə mələklərə üstün qıldı, onlar da buna görə Adəmə səcdə etdilər. Bu bilgi insanıelm və mədəniyyət yarada bilən varlıq etdi. Ən bilikli insan Adəm əleyhissəlamdır. O bilgi ona yazı ilə öyrədilmişdir. "Rəbbin qələmlə öyrətdi, O, insana bilmədiyini öyrətdi." (Ələq, 4-5)


DOĞRU HÖKÜM VERƏ BİLMƏK QABİLİYYƏTİ
Doğru höküm vermək qabiliyyətinə də hikmət deyilir. Bir ayə belədir:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ

“Allah əzm göstərənə hikməti verir. Kimə hikmət verilərsə ona çoxlu xeyir verilmiş olar. Bu zikri (elmi) sadəcə doğru duruşlu [6] olanlar əldə edərlər." (Bəqərə, 269)

Peğəmbərimizin belə dediyi rəvayət edilmişdir:

لاَ حَسَدَ إِلَّا فِي اثْنَتَيْنِ: رَجُلٌ آتَاهُ اللَّهُ مَالًا فَسُلِّطَ عَلَى هَلَكَتِهِ فِي الحَقِّ، وَرَجُلٌ آتَاهُ اللَّهُ الحِكْمَةَ فَهُوَ يَقْضِي بِهَا وَيُعَلِّمُهَا

“İki nəfərdən başqası qısqanılmaz; Biri Allahın verdiyi sərvəti yerli-yerində xərcləyən, digəri də Allahın hikmət verdiyi insandır ki, o bütün qərarlarını ona görə verir və onu öyrədir." (Buxari, Elm, 15)

İbn Abbas demişdir ki, "Nəbi sallallahu aleyhi və səlləm məni bağrına basdı və “Allahım, ona hikməti öyrət" dedi. (Buxari, Fədail’ul-ashab, 24).

Bu ayə və hədislər hikmətin, yəni doğru höküm vermək qabiliyyətinin öyrədilməsi mümkün olan bir şey olduğunu göstərir. İbrahim əleyhissəlamın Kəbəni inşa etdikdən sonra Məkkə xalqı ilə bağlı olaraq etdiyi bu dua eyni mənanı vurğulayır:
"Rəbbimiz! İçlərindən onlara elə bir elçi göndər ki, Sənin ayələrini oxusun; Kitabı və hikməti öyrətsin və onları təmizləsin. Güclü olan Sən, doğru qərar verən Sənsən." (Bəqərə, 129)

İbrahim əleyhissəlamın duasının qəbul edildiyini göstərən ayə budur:
"Allah möminlərə lütf etdi. Çünki içlərindən bir elçi göndərdi; o onlara Allahın ayələrini oxuyur, onları təmizləyir; onlara Kitabı və hikməti öyrədir. Onlar əvvəllər açıq-aydın zəlalət içərisində idilər." (Ali İmran, 164)
Qurandan höküm çıxartmak haqqında Allah Təala Peyğəmbərimizə bu əmri vermişdir:

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا

"Sənə bu kitabı haqq olaraq endidik ki, insanlar arasında Allahın sənə göstərdiyi şəkildə hökm edəsən. Xainləri müdafiə edənlərdən olma" (Nisa, 105)
Vəzifəsi ilə bağlı olan hər sözü, hər hərəkəti və verdiyi bütün qərarlar onun Qurandan çıxardığı hikmətdir. Peyğəmbərimizin belə buyurduğu rəvayət olunmuşdur:

"Mənə Kitab və yanında onun misli verilmişdir"[7]

"Sizdən heç birinizin verdiyim bir əmr və ya qoyduğum qadağa ilə bağlı bedə dediyin eşitməyim: "Bilmirik. Bİz Allahın Kitabında tapdığımıza tabe olarıq." (Əbu Davud, Sunnəh 6 (4605).

Quranın içindəki hikmət, torpağın içindəki mədən kimidir. Torpaqdan mədən çıxartmaq üçün elmə, alətə və qrup çalışmasına ehtiyac olduğu kimi Quranın hikmətlərinə varmaq üçün də buna bənzər şeylərə ehtiyac vardır. Quranda açıqlanan bu üsulun tez bir zamanda unudulduğunu görürük. Çünki problemləri həll edən, getdikləri ərazilərə elm və mədəniyyər aparan və insanların könüllərini fəth edən müsəlmanların yerini daha sonra sıxıntı qaynağı olan və problemlər yaradan müsəlmanlar almışdır. Peyğəmbərimizin hikməti öyrətdiyi səhabənin getdiyi hər yerdə hakim ola bilmələrinin səbəbi Quranla hökm vermələri idi. Lakin səhabədən sonra gedilən yerlərdə yalnız müvəqqəti hakimiyyətlər qurulmuşdur. Çünki oralara hikmət aparılmamıdır.

Ardı var.

[1] Əbu Cəfər Muhəmməd b. Cəriri ət-Tabbəri "Tarih’ul-Uməm və v’əl-Müluk (Tarih’ut-Tabəri) Beyrut 1407, c. I s. 187, əz-Zəmahşəri, əl-Kəşşaf, əl-a’la Surəsinin təfsiri.
[2] İnsan düşdüyü vəziyyəti Allahın kitabı ilə aydınlaşdırmazsa azdığını anlaya bilməz. Bunu anlayanlardan bəziləri yollarını düzəldir, bəziləri də bilə-bilə azğınlığın içində qalırlar. Bu da kitab və nəbi göndərilən ümmətlər içində ayrılığa düşmələrinə səbəb olur.
[3] Ayədəki من يشاء = mən yəşâ’ya “əzm göstərmək, lazımı kimi çalışmaq" mənası verdik. Çünki شاء “şeyi etdi” deməkdir. Hər əməl və hər varlıq "şey" kəlməsinə daxil olar və hər şey bir qanun və qaydaya görə baş verər. Yaxşılığın qanunları olduğu kimi pisliyin də qanunları vardır. Namaz qılmaq üçün onun qaydalarına tabe olmaq lazımdır. Oğurluq etməyin də bir qaydası var. Allah namazı əmr etmiş, oğurluğu haram qılmışdır. Yaxşılığın və pisliuin ölçülərini qoyan, bunlardan birini etmək üçün lazımı şərt və imkanları yaradan Allahdır. Buna görə شاء feli insan üçün istifadə edilirsə mənası "ölçülərə uyğun davrandı" olur.
Yaxşılığı və pisliyi ayrı bir varlıq olaraq ortaya çıxaran Allah olduğu üçün faili Allah olan شاء felinin mənası; "bir şeyi və onun ölçüsünü var etdi" olur. Allah Təala "Bir şeyi var etmək istədiyində sadəcə "ol" deyər; sonra da o şey olar" (Yasin, 82). Buna görə də faili Allah olan شاء feli, o barədə Allahın "ol" əmrini verdiyini göstərir. Artıq o şey mütləq olar.
[4] قليلا kəlməsinin iki kök mənası var; biri azlıq, digəri də qərarsızlıq - bir yerdə qalmamaq, yerindən olmaqdır. Davamlı olaraq bir yerdə dayana bilməyən insan üçün تَقَلقلَ الرَّجُل deyilir. (Əhməd b. Faris b. Zəkəriya əl-Kazvini, ər-Razi (öl. 395 h.) Mucəmu məkayis’il-luğa, Tahqiq, Abdussəlam Muhamməd Harun, 1399/1979; c. V, s. 3.)
[5] Hikmət (الحِكْمَةُ), höküm (حكم) kökündən məstər-ı nəv’dir; hökmün doğru olanı mənasındadır.
[6] ألَبَّ بالمكان، أي أقام به ولزِمه. İsmayl b. Hammad əl-Cəvhəri, əs-Sıhah, Tahqiq Əhməd Abdulqafur Attar, 3-cü çap, Beyrut
(لب). أصلٌ صحيح يدلُّ على لزومٍ وثبات، وعلى خلوص وجَوْدة. Kök amənası yapışıb qalmaq, saf və yaxşı olmaqdır. Bir yerə yerləşən üçün ألَبَّ بالمكان deyilir. Bir iştə əzm göstərən üçün رجلٌ لَبٌّ بهذا الأمر deyilir. Ferra demişdir ki, ərini sevən qadına da امرأةٌ لَبَّةٌ deyirlər. Qəlbində daima ərinin sevgisini daşıdığı üçün.. (Mucəmu məqayis'il-luğa)
[7] Əbu Davud, Sunnəh 6, luzumu's-sunnəh. Hədisin ravilərindən Əbu Əmr b. Kəsir b. Dinar haqqında Xəlil Əhməd əs-Səharənfuri deyir ki, "Bu şəxsin nə vaxt yaşadığı məlum deyil. Əlimdəki hədis və rical kitablarının hamısında axtardım, böyük bir səy göstərməyimə baxmayaraq tapa bilmədim. (Baxın. Xəlil Əhməd əs-Səharənfuri, Bəzlu'l-Məchud fi halli Əbi Davud, c. 18 s. 126, Dar'ul-Kütüb'il-ilmiyye Beyrut tarixsiz.) Hədisin sənədi problemli olmaqla bərabər mənası səhihdir.


Tarix: 05.01.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1505 Bölmə: Quran Haqqında
loading...