Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN VƏ QADIN [1]

Bəzi insanlar tərəfindən yayğın olan qənaətə görə “İslamda qadının adı yox”dur. Bu iddiaya cavab olaraq İslamda qadının adı olduğunu, ilk öncə “Nisə” surəsi deyə özəl olaraq qadınlara surə ayrıldığını və sairəni gündəmə gətirib, İslamın qadına nə qədər dəyər verdiyini anlatmaq fikrim yoxdur. Bunu kifayət qədər ediblər. Bu məqalədə söyləmək istədiyim əsas məsələ Quranda qadın – kişi münasibətləri ilə bağlı hökmlərin əksəriyyətinin “qadınların lehinə, kişilərin əleyhinə olduğunu” göstərməkdir. Çünki Quran, “nüzul tarixi” ilə oxunduğu zaman qadınlarla bağlı nazil olan hər ayədə bir haqqın kişilərdən alınıb qadınlara verildiyini görürük və Quranın nüzulu tamamlandığında artıq qadın və kişi arasında bir fərqin qalmadığına şahid oluruq.
Təbii ki, əgər Quranı Ərəb adət və ənənələrinin təsirindən sıyrılaraq oxumağı bacara biliriksə...

Bunu necə gerçəkləşdiyini anlada bilmək üçün Nisa surəsini bir az araşdırmaq kifayətdir.
Qədim Dünya dinlərində doğum hadisəsinin “ruhların işi” olduğuna inanırdılar. Əski Yunanlılar doğumda qadının heç bir təsirinin olmadığını düşünərək, bütün hər şeyin kişidən gəldiyinə inanır və qadını insan yerinə belə qoymazdılar. Tövratda Həvvanın qabırğa sümüyündən yaradıldığı yazılıb. Xristianlar üçün isə Həvva Adəmi aldadan bir məxluq olduğu üçün lap əvvəldən “Şeytan”dır. Lakin Quran insanın doğumunu “qarışıq bir su”dan (76/2) yaradıldığını söyləyərək uşağın yaradılmasında kişi və qadının birlikdə təsirinin olduğunu açıqlayır. Əski Yunanlılarda olduğu kimi törəmənin sadəcə kişiyə aid olduğunu söyləmir. Xristianlarda olduğu kimi də lap əvvəldən qadını “Şeytan” olaraq dəyərləndirmir, Yəhudilərdə olduğu kimi də “qabırğa sümüyü” hekayəsini də anlatmır. Çünki Qadınlar (Nisa) adını verdiyi surəyə belə başlayır;

QABIRĞA SÜMÜYÜNDƏN YARADILMA YOXDUR
“Ey insanlar! Sizi tək bir özdən iki cins olaraq yaradan, sonra ikisindən bir çox kişilər və qadınlar törədib çoxaldan Rəbbinizin şüurunda olun. Adını dilinizdən düşürmədiyini “Allaha” qarşı ehtiram göstərin, ailə bağlarını qoruyun. Unutmayın ki, Allah hammını çox yaxşı görür” (4/1)

Ayədə keçən (nəfs-i vahidə) tək bir öz, tək bir can, tək bir şəxs, tək bir ruh deməkdir. Belə anlaşılır ki, ayədə Tövratda keçdiyi kimi Allahın əvvəlcə Hz. Adəmi tək bir can olaraq yaradıb ondan (qabırğa sümüyündən) Həvvanı yaratmayıb. Adəm ilə Həvvanı hər ikisini birdən “tək bir özdən” yaratdığını bu ayədən anlayırıq (Əbu Müslim). Yəni kişi və qadın, qarşı cinslər olaraq “tək bir özdən” eyni anda var edilib. Tək bir anadan doğan biri oğlan, digəri isə qız olan yumurta əkizləri buna misal ola bilər. Bunun mənası budur; kişi qadına və ya qadın kişiyə “əvvəlcə mən yaradıldım, sənisə məndən yaradıldın” demək haqqına sahib deyil. Hər ikisi də “tək bir öz”dən yaradılmışdır. Yəni hələ varlığa çıxışda “bərabərlik”dən söz gedir...

Nisa surəsindəki ayələrə baxdığımızda ardı-ardına bir çox haqqın kişilərdən alınıb qadınlara verildiyini, qadının o günki toplumda çox pis olan vəziyyətini yaxşılaşdırmağa yönəlik bir sıra reformlar edildiyini görürük. Çox evlilik, miras, evlənmək, boşanmaq kimi qadın-kişi münasibətlərininin təməlinə qısa bir nəzər salasaq çox şey aydınlaşacaq...

ÇOX EVLİLİK QALDIRILDI
“Yetimlərin mallarını verin. Təmiz olanı pis olana dəyişdirməyn. Onların mallarını öz mallarınıza qarışdırıb yeməyin. Çünki bu böyük bir günahdır. Yetimlərə haqsızlıq etmək isəmirsinizsə o bəyənərək (aldığınız) qadınlardan dörd, üç, iki (azaldaraq) evlənin. Ədalətsiz davranmaqdan qorxursunuzsa birə (endirin) və ya yanınızda olan əsirlərlə (evlənin). Bu həddi aşmamağınız baxımından daha xeyirlidir. (Nisa, 2-3)
Mənə görə ayənin doğru məalı belədir.

Buradakı suallar bunlardır: çox evliliyə rüxsət verildiyi söylənilən ayənin girişində niyə görə üç dəfə “yetimin malı” deyilməkdədir? Daha doğrusu “verin” (fətu) və “yeməyin” (la təkulu) deyilməkdədir? Bunların çox evliliklə nə əlaqəsi var?
Bu sualların cavabını ən klassik qaynaqlardan birində keçən bu rəvayətdə çox aydın bir şəkildə görürük:
“İkrimədən gələn rəvayətə görə o belə demişdir: Bir adamın yanında həm xanımları, həm də yetimlər vardır. Öz malını xanımlarına xərcləyib, heç malı qalmayıb möhtac vəziyyətə düşüncə bu dəfə xanımlarına yetimlərin malını xərcləməyə başlayar. Məhz buna görə Cənabı Haqq “Zövcələr çox olduğu zaman əgər yetimlər haqqında ədalətli davranmayacağınızdan qorxursunuzsa, bilin ki, bu qorxunun yox olması üçün dörddən artıq qadınla evlənməyiniz sizə haram qılınmışdır. Dörd qadının hüqüqunu pozmaqdan qorxarsınızsa, o zaman bir qadın kifayətdir” buyurmuşdur. Allah Təala burada artıq tərəfi yəni dördü; əskik tərəfi yəni biri zikr etmişdir. Beləcə də bu iki say arasındakı saylara diqqət çəkmiş və sanki “Əgər dörddən qorxarsanız üç; üçdən qorxarsanız iki; ikidən qorxarsanız bir xanım sizə yetər demişdir. Bu ən uyğun görüşdür. Buna görə Allah Təala çox qadınla evlənməsi halında daha çox xərcləməli olduğunda, buna görə də yetimlərin malına göz dikmək ehtimalı olduğuna görə vəlini çox qadınla evlənməkdən çəkindirmişdir.” (Razi; Təfsiri Kəbir; c. 7, s. 328)

Gördüyümüz kimi mövzu “yetimlərin malı” ilə bağlıdır. Çünki çox evlilik vardır, – belə ki, buna görə ayənin gəlməsinə heç ehtiyc da yox idi, adətləri üzrə bu caiz idi, – onları dolandırmaq problem yaradınca yanlarında olan yetimlərin mallarına yönəlir və onların malı ilə ailələrini saxlamağa çalışırdılar. Ayə tam bu zaman nazil olur və “Yetimlərin malını verin, onların malını öz malınıza qarışdırıb yeməyin” deyir.
Burdan da çıxış edərək problem yaşadıqları “çox evlilik probleminə” diqqət çəkir və “yeimlərə belə haqsızlıq etməkdən qorxursunuzsa onların malına əl uzatmayın, aldıqlarınızı geri qaytarın, onların mallarına öz mallarınız kimi davrana bilməzsiniz” deyir. O zaman “belə bir vəziyyətdə bu qədər qadını necə dolandıracağıq?” deyə sual versəniz, “Öncə dördə endirin, sonra üçə, sonra ikiyə, hətta birə qədər... Və ya yanınızdakı əsir qadınlardan biri ilə evlənin. O zaman çətinliyə düşməzsiniz. Bu, “etdiyiniz haqsızlıqların bir daha olmaması üçün sizə daha uyğundur” deyilir.

Buna “rüxsət” deyilirsə deməli rüsxətin nə olduğunu bilmirik.
Rüsxət çətinlikdə olana verilir. Donuz əti yemək kimi bir şey öncə yasaqlanır, fəqət zərurət halı (aclıq kimi) olunca rüsxət verilir və “aclıq dəf edilincəyə qədər yeyə bilərsiniz” deyilir.
Eyni ilə burada da əvvəlcə çox evliliyin yasaqlanması, sonra bir zərurət halının ortaya çıxması, məsələn kişilərin “bir qadınla kifayətlənməməsi” kimi bir problemlərinin meydana çıxması, ortada dulların, yetimlərin qalması, bunu son həddə çatması, artıq çarəsiz iki, üç, dörd qadınla evlənmənin açlıq kimi bir zərurət halını alması lazımdır.

Belə bir zərurət yoxdur ki? Çünki toplumda əksəriyyəti çox evli idi, cəmiyyət poliqamının (çox evliliyin) yayğın və leqal olduğu bir toplum idi. Savaşlar olmuş, Bədirdə, Uhutda dullar və yetimlər ortada qalmış, bir Ərəb adəti üzrə onlarla evlənilmiş, yetimlərə sahib çıxılmış, bütün bunlar olmuşdu...
Ayə bunların yaratdığı problemləri həll etmək üçün gəlir. Çox evliliyin yayğın olduğu bir topluma xitab edir. Kölələrin çox olduğu bir topluma, hər fürsətdə kölələri azad edin, zəngin-yoxsul uçurumun ifrat halda olduğu bir topluma: verin, infaq edin, bərabər olun, çox evli olan bir topluma da gücünüz çatmazsa, azaldın, təkə endirin, deyilir.

Yuxarıda İkrimədən rəvayət etdiyimiz misalda olduğu kimi “bir” (vahid) dən başqa bütün saylar buna gəlmək üçündür. Başqa bir sözlə desək bu tarixidir, cahanşümül olan “bir” və ya “tək” evliliyin yetişdirilməsi və çoxaldılmasıdır.
Əgər çox evlilik rüxsət olacaqsa bu fıkh dili ilə “adət olduğu üçün” caiz olur, “şəriət baxımından” caiz olmaz. Çünki Quran nazil olmadan əvvəl də adəti üzrə (Ərəb adətində) çox evlilik var idi. Qurandan izin alaraq bunu etməmişdilər. İzin almaqlarına ehtiyac da yox idi. Davam edən ictimai ağıl və adət var idi. Amma Quran bunun haqsızlıqlara yol açdığımı görüncə müdaxilə etdi və istiqamətləndirdi. Hansı istiqamətə yönəltdiyi isə aydındır...
Yenə Nisa 129 – cu ayədə çox evliliyin “əmr edilmədiyini” və əmr edilə bilməyəcəyi aydın olur. Çünki Allah gücümüz çatmayan şeyi bizə əmr etməz.
“Qadınlar arasında ədaləti qorumağa əsla gücünüz çatmaz” (Nisa, 129)
Bu bütün kişilərə aiddir, hər kəsi ehtiva edir.
İndi, burada bir sual yaranır: Allah ədalətsizliyin olacağı təkid-i nəfy istiqbal (lən təstati’u) ilə yəni “gələcək bütün zamanlar boyunca güc yetirməniz mümkün deyil” deyərək uyardığı bir şeyi başqa bir yerdə əmr edərmi?

Əmr etməz!
Buna görə də hicri 4-cü yüz ildə yaşayan Qadı Abdulcabbar (öl. 415/1025), bu ayənin kişilərdən çox evlilik təklifini düşürdüyünü söyləmişdir. Artıq nə belə bir əmr, nə də belə bir təklif vardır. Ayənin geri qalan hissəsi isə yuxarıdakı “dönüşdürücü ilk örnək” mənasındadır.
Yenə Əhzab surəsinin 52-ci ayəsində “Bundan sonra sənə həlal olmaz” deyilərək çox evlilik yolu bağladılmışdır. Artıq çox evliliklər arxada qalxmışdır. “Bundan sonra” istiqamət tək evliliyə doğru olacaq. Çünki Peyğəmbərimiz “Bundan sonra” bir daha heç evlənməmişdir.


Tarix: 05.01.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1310 Bölmə: Quran Haqqında
loading...