Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranda Azərbaycan haqqında ayə varmı?

Saytımızın dəyərli oxucularından elektron ünvanımıza zaman-zaman maraq doğuran məqalələr daxil olur. Onların hamısını islam.az-da təqdim edə bilməsək də, bəzilərini izləyicilərimizin nəzərinə çatdırmağa çalışırıq. Aşağıda təqdim olunan məqalə də poçtumuza oxucumuz tərəfindən göndərilib.

"Bunlardan qabaq Nuh peyğəmbərin qövmü və Ər-Rəss camaatı... " (“Qaf”, 12)


İmam Rza (ə) İmam Hüseyindən (ə) rəvayət edərək buyurub:
"Ramazan ayında Həzrət Əlinin (ə) şəhadətinə 3 gün qalmış Bəni-Təmim qəbiləsindən Əmr adlı bir nəfər İmamdan soruşdu: “Ya Əli, Quranda adı çəkilən "Əshabi rəss" hansı dövrdə yaşamış, yaşadıqları yer və məmləkət hara olmuşdur? Onlara peyğəmbər gəlibmi? Onlar hansi yolla həlak olublar?”.
Həzrət Əli (ə) buyurdu: “Ey mömin qardaş, indiyədək heç kəsin soruşmadığı bir sual verirsən. Əshabi-Rəss ağac budağına pərəstiş edən bir tayfa olub. Sənubər ağacını Yafəs ibn Nuh tufandan sonra bir bulağın yanında əkmişdi. Yafəsdən sonra adamlar ağacın özünü müqəddəs sayıb ona sitayiş etdılər. Çay boyu əkib artırdılar. Niyyətləri olanda ağaclara tapınardılar. Lakin Allahın onlara rəhmi gəlib Xənzələ ibn Səffan adlı bir peyğəmbəri məbus etdi. Onlar peyğəmbərə qulaq asmayıb öz əvvəlki inanclarında qaldılar.Lakin Allahın qəzəbi ilə ağaclar qurudu.Həmin adamlar qurumuş budaqlardan tonqal qalayıb oda tapındılar.Lakin ağacların qurumasından da cox narahat idilər. Şeytan onları aldadib dedi ki, peyğəmbərin qanı ilə bu ağaclara su versəniz yenidən yaşıllaşar.Xənzələ peyğəmbəri bir quyuya diri-diri salıb çayın suyunu ora buraxdılar. Yenidən quyudan dövr edən qanlı su çaya axıdıldı. Xənzələ ibn Səffan peyğəmbər nə qədər qışqırdısa, xeyri olmadı. Allahın onlara yenidən qəzəbi tutdu və bayram günlərində dəhşətli külək əsib coxunu həlak etdi. Ər-Rəs çayina peyğəmbər qanı axdığı üçün suyun rəngi qırmızı oldu”.

Əllamə Məhəmməd Bağır Məclisi "Biharul Ənvar" kitabında Sələbiyə istinad edib yazır: “Əshabi-Rəss Həzrəti Süleymandan əvvəl yaşamışlar. Onların yaşadığı yerdə olan Ər-Rəss (Araz) çayının uzunluğu 300 km-dir. Asiyanın şərqindən başlanıb Qızıl-ağac körfəzində Xəzər dənizi ilə qovuşur”.
Həzrəti Əli (ə) Əshabi-Rəssin yaşadığı şəhərlərin adlarını Aban, Azər, Dey, Bəhmən, İsfəndiyar, Fərvərdin, Ordibehişt, Əmrdad, Murdad, Tir, Mehr və Şəhrivər olduğunu buyurmuşdur. Onların padşahı Pərgiz ibn Cabir ibn Kənan olmuşdur. Əqidələrinə görə su, külək, od və torpaq çox müqəddəs və sitayişə layiq ünsürlər olub.

Bu deyilənlərə əsas olaraq, bu gün də Azərbaycan xalqı su, külək, od və torpaq çərşənbələrini qeyd edir. Bəzi yerlərdə ağaclara inanc isə bu gun də qalmaqdadır.
Belə ki, bəzi ziyarətgaha, pirə gedənlər öz saçlarından, paltarın sapından, hətta müəyyən paltarı belə ziyarətgahdakı ağaca və ya hər hansı budağa bağlayırlar. Azərbaycan ərazisinin çox yerində yüz illərlə ziyarət olunan müqəddəs ağaclar hələ də qalmaqdadır. Coğrafi adlar isə Naxçıvan-Nuh çıxan , yəni Nuhun 3 oğlundan biri Yafəsin məskən saldığı yer, Araz çayı isə Ər-Rəssdır.

Hələ bu gün də Cənubi Azərbaycanda yuxarıda qeyd olunan 12 şəhər adı 12 ay adı ilə yaşamaqdadır. Həmin aylar Hicri-Şəmsi təqvim ilinə aiddir və ilin əvvəli Novruz bayramı günündən başlanır. 12 addan birinin Azər olması elə bu torpaqların tarıxi toponimi olmasını sübut edir. Üç adı birlikdə götürdükdə isə Azər+Dey+Aban=Azərbaycan.
Xənzələ peyğəmbərin qanı ilə boyanmış Ər-Rass (Araz) çayının suyu tökülən dərya Xəzər dənizi adlanıb.
Quran böyük hikmətlər, tarixi həqiqətlər məcmuəsidir. Onun sirrləri zaman-zaman, zərrə-zərrə aşkarlanır.


Tarix: 04.01.2013 / 14:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 770 Bölmə: Quran Haqqında
loading...