Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran HaqqındaQədr gecəsi nədir?

[color=#fe8c8c]İslami hədislərə əsasən, belə ehtimal edilir ki, Ramazan ayının 19-21-23-cü gecəlrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecədir. Bu haqda Allah-Taala Quranda belə buyurur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)

Beləliklə, bu mətləb ayrı-ayrı surələrdə müxtəlif şəkillərdə açıqlanır. Məsələn, Bəqərə surəsində buyurur:

“(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir.” (Bəqərə, 185).

Qeyd etdiyimiz bu ayəlrdən nəticə alırıq ki, Qədr gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gecə olduğu haqqında Allah-Taala “Duxan” surəsində belə buyurur:

“Biz Quranı mübarək bir gecədə nazil etdik”.(Duxan surəsi, ayə 3)

Bu ayədən də Quranın Qədr Ardı »

Quran HaqqındaQURANİ TƏRBİYƏ

[color=#fe5e5e]Quran hidayətdir, Quran Rəhmətdir. Quran insanı zülmətdən nura çıxarır. Quran könüllərə şəfa verən, haqqı batildən ayıran bir furqandır. Lakin bütün bunlarla birlikdə Quran həqiqi bir tərbiyə kitabıdır.
İnsanı Allah yaratmışdır, onun mənfi və müsbət tərəflərini, zəifliklərini, alışqanlıqlarını bilir və buna görə də insana onlardan necə xilas olacağını öyrədir.

Uca Allah Fatihə surəsində Özünü aləmlərin Rəbbi olaraq tanıdır. Rəbb: yəni ən gözəl tərbiyə edən, yetişdirən, öyrədəndir. İnsanı yetişdirib əsl yurduna (axirətə) hazırlayandır.

"...Təmizlənməyi ürəkdən arzu edənlər var. Allah təmizlənib pak olanları sevər" (Tövbə, 108)

"...Kim təmizlənib pak olarsa artıq o, özü üçün təmizlənib pak olmuşdur." (Fatir, 18)

"And olsun insanı Biz yaratdıq və nəfsinin ona nə Ardı »

Quran HaqqındaMÜQƏDDƏS QURANIN TƏFSİRİ (TƏQDİMAT)

TƏQDİMAT

Həmd əməlləri və sözləri ilə təriflənməyə yeganə layiq olan Allaha məxsusdur. O, Uca Sözünü belə təsvir edir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 17/82). “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstərən rəhbər və mərhəmət gəlmişdir” (Yunus, 10/57). Ən böyük möcüzəsi Quran olan Allahın Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Şübhəsiz ki, Müdrik və Uca Rəbbin Sözü qulları üçün tam mənada sağlamlaşma və mərhəmətdir. Bu mərhəmətdən və sağlamlıqdan ancaq ziyana uğramış zalımlar məhrum edilirlər. Quran tarix səhnəsinə nazil edildikdən bu Ardı »

Quran HaqqındaQURAN VƏ QADIN [1]

[color=#173bd3]Bəzi insanlar tərəfindən yayğın olan qənaətə görə “İslamda qadının adı yox”dur. Bu iddiaya cavab olaraq İslamda qadının adı olduğunu, ilk öncə “Nisə” surəsi deyə özəl olaraq qadınlara surə ayrıldığını və sairəni gündəmə gətirib, İslamın qadına nə qədər dəyər verdiyini anlatmaq fikrim yoxdur. Bunu kifayət qədər ediblər. Bu məqalədə söyləmək istədiyim əsas məsələ Quranda qadın – kişi münasibətləri ilə bağlı hökmlərin əksəriyyətinin “qadınların lehinə, kişilərin əleyhinə olduğunu” göstərməkdir. Çünki Quran, “nüzul tarixi” ilə oxunduğu zaman qadınlarla bağlı nazil olan hər ayədə bir haqqın kişilərdən alınıb qadınlara verildiyini görürük və Quranın nüzulu tamamlandığında artıq qadın və kişi arasında bir fərqin qalmadığına şahid oluruq. Ardı »

Quran HaqqındaQURAN - DİRİLƏR ÜÇÜNDÜR...

[color=#b53dd2]"Enməmişdir Bu Quran, bunu haqqıyla bilin
Nə məzarlıqda oxunmaq, nə də fal baxmaq üçün"
Məhmət Akif

Allah buyurdu: "(Ey Muhəmməd!") sənə endirdiyimiz bu kitab mübarəkdir; ayələrini düşünənlər, ağıllı olanlar da öyüd alsınlar" (Sad, 29)

Səhabələr Quranın hökmlərini yerinə yetirmək, qadağalarını tərk etmək üçün bir - birləri ilə yarışdılar və beləcə də dünya və axirətin xoşbəxt insanları oldular. Daha sonra gələn nəsillərdən bəziləri (daha doğrusu çoxu) Quranın həyat prinsiplərini tərk edib, sadəcə qəbirstanlıqda və hüzn günlərində oxuyaraq ona bir "ölü kitabı" nəzəri ilə baxmağa başlayınca zillətə düşdülər. Başqa sözlə desək Allahın bu sözünə muxatab oldular: "Peyğəmbər, Ey Rəbbim! doğrusu ümmətim bu Quranı tərk etmişdir, dedi" (Furqan, Ardı »

Quran HaqqındaQuranı anlamağın yolu - TƏFSIR

Təfsir ərəb dilindən tərcümədə “izah etmək, açıqlamaq” mənasını verir. Terminoloji mənada Qurani-kərimə yazılmış şərhlərə təfsir deyilir.



Təfsirlərdə Quran kəlmələrinin lüğəvi mənası, çətin anlaşılan sözlərin izahı, Quranın ədəbi gözəlliyi, qiraət fərqləri, ayələrin nazil olma səbəbləri və ardıcıllığı, ayələrin insan tərbiyəsinə və bəşəri təkamülə təsiri, əhkam ayələrinin hökmü, möhkəm və mütəşabeh, nasix və mənsux ayələrin şərhi və s. məsələlər araşdırılır. Müsəlman alimlər tərəfindən indiyə kimi müxtəlif həcmli (bir cilddən başlayaraq 60 cildə kimi və daha artıq həcmdə) minlərlə adda təfsir qələmə alınmışdır.

Təfsir sahəsində ilk çalışmaların tarixi Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrinin zamanına gedib-çıxır. Əsasən, Pey­ğəmbərdən eşitdikləri hədislər əsasında Quranı Ardı »

Quran HaqqındaYA-SIN SURƏSININ FAYDALARI

Təbərsi «Məkarimül-əxlaq» kitabında yazır ki, Ya-Sin surəsi dünya və axirət ehtiyaclaından ötrü, canı, ailəni və malı hər cür bəladan qorumaq üçün oxunar. Ya-Sin surəsini oxumaqla xəstəliklər sağalar, çətinliklər həll olar, südü çəkilmiş qadın bu surəni oxusa südü artar. Ya-Sin surəsini yazıb üstündə gəzdirən adama göz dəyməz.
Ya-Sin Quranın elə nadir surələrindəndir ki, onun ayrı-ayrılıqda hər bir ayəsi ən müxtəlif mənəvi və maddi ehtiyacların təmin edilməsi üçün dua qismində istifadə edilə bilər. Növbənöv xəstəliklər, psixoloji və fiziki narahatlıqlar zamanı bu surənin ayələrini oxumaq və ya yazıb üstündə gəzdirmək, bəzən də yazıb su ilə yumaq və suyunu içmək insana şəfa verir. Məsələn:

Surənin 2-ci Ardı »

Quran HaqqındaQurani Kərimdə təriflənən TƏQVA nədir?

Təqva ərəb dilində “çəkinmək, uzaq durmaq” mənasını verən “vəqayə” kökündəndir. Lüğət alimləri yazırlar ki, vəqayə – bir şeyi, onun üçün zərərli olan təhlükədən qorumaq deməkdir.





Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: “Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!” (Ali-Imran, 102).

Təqva sahibləri ayə və hədislərdə “müttəqi” adı ilə tanıtdırılır. Həzrət Əli (ə) müttəqiləri belə xarakterizə edirdi: “Müttəqilə¬rin əməlləri pak, gözləri ağlar, qəlbləri Allahdan qorxandır”.

Qurani-kərimin Bəqərə surəsinin ilk ayələrində təqva sahiblərinin xüsusiyyətləri aşağıdakı şəkildə bəyan edilir: “Bu, Ardı »