Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanətə uğrayan qadınların ən böyük səhvi...

Qətiyyən həyata küsməyin və sadəcə nə edəcəyinizə qərar verin. Gec saatlara qədər iclaslar, cib telefonuna gələn gizli zənglər, birdən dəyişən vərdişlər… Bütün bunlar xəyanətə işarədirmi və 3-cü bir şəxs varmı? Heç kəs qəbul etmək istəməsə də, hər birimiz xəyanətlə qarşılaşırıq. Xəyanətə uğramış hər insan bunu həyatın həqiqətləri kimi qəbul etməyi öyrənməldir. Bunu qəbul edə bilməyən insan isə uzun müddət acı çəkməyə məhkumdur.

Dərin nifrət hissi…
Xəyanətlə qarşılaşan qadınlar adətən eyni rekasiyanı verir. Əvvəlcə böyük hirs, ardından isə ümidlərin puç olması və sonda dərin nifrət hissi duyurlar. Onların sevgisini məhv edən və daxil olan 3-cü qadının tanış biri olması, münasibətlərinin hamı tərəfindən xəbərdar olması və uzun müddət davam etməsi vəziyyəti ağırlaşdıran faktorlar sırasına daxildir. Yaşananlar nə qədər ağır olsa da, gələcəklə bağlı qərarlar verməlisiniz. Ya bağışlayıb davam edəcəksiniz, ya da münasibətləriniz bitəcək. Seçimin nə olmasından asılı olmayaraq, sakit davranmalısınız və soyuq başla düşünməlisiniz.

Qətiyyən təzyiq göstərməyin
Ayrılmaq istəmirsinizsə, partniyorunuzun və öz səhvinizi nəzərdən keçirin. Münasibətlərinizin düzəlməsi üçün nəyi daha yaxşı edə biləcəyinizi düşünün. Onunla bu məsələni müzakirə edərkən mümkün qədər sakit olmağa çalışın. Sevdiyiniz insanla daha yaxın olmağa cəhd edin. Onu hələdə sevdiyinizi bilməsinə şərait yaradın. Dostu olduğunuz və keçmişdə yaşanan gözəl günlərə qayıda biləcəyinizi hiss etdirin.

Qadınlar niyə ayrılmaq istəmir?
Bir çox qadın həyat yoldaşının xəyanətinə rəğmən münasibətlərini davam etdirməyə üstünlük verir. Xüsusən də maddi problemlər dəfələrlə xəyanətə uğramış qadınların boşanmasına mane olur və ərlərinin günahını bağışlayır.
Uşaqların gələcəyi ilə bağlı qayğılar
Həyat yoldaşından ayrıla bilməmək və həyatın çətinliklərinə qarşı duyulan qorxu
Ailə və ya cəmiyyətin təzyiqi
Sosial status itirmə qorxusu
Bütün kişilər eynidir düşüncəsi

Təhdid etmək çox yanlışdır
Barışmaq niyyətində olan bir çox qadın, hirsinə qalib gələ bilmir və əsəbini müxtəlif üsullarla təhdid edir. Bunların başında uşaqlar gəlir. "Uşaqları bir daha görməyəcəksən” kimi təhdidlər sizə dönmək istəyən kişini daha da uzaqlaşdıra bilər. Uşaqlarınızı ya da ətrafdakıları ona qarşı qaldırmayın. Bu hal həm sizin, həm də onun vəziyyətini daha da ağırlaşdırır və münasibətlərinizin düzəlməsini əngəlləyir. Bir az kənara çəkilin. Dürüst hərəkət edin lakin gizli oyun oynayın. Kişilər qadını kəşf etməyi sevir. Xəyanəti bağışlamaq fikriniz yoxdursa və boşanmağa qərar vermisinizsə, uşaqlardan istifadə etməyin.

Bəhanələr var, açıqlama yox
Psixoloqların fikrinə görə, xəyanətin əsas səbəbi münasibətlərin yaxşı olmamasıdır. Həyatda uğursuz olan insanlar, həyat yoldaşına xəyanət edərək özünü bu şəkildə ovutmağa cəhd edir. Yaşın artması ilə birlikdə andropoz dönəmində də kişilər xəyanətə meylli olur.


Tarix: 10.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Qadın dünyası
loading...