Suallara <
1.Həmsöhbətinə acı cavab verməkdən çəkinirsən ki,onun xətrinə dəyə bilərsən?( hə-0, yox-1)
2.Işə gecikəndə otağa səssiz girirsən ki,səni heç kim görməsin?( hə-1, yox-0)
3.Qorxub,risk etmədiyin işi dostunun etməsini xahiş edərsən?( hə-1,yox-0)
4.Oyunda məğlub olmağı bacarırsan?( hə-0, yox-1)
5.Zarafat etməyi bacarırsan?( hə-1, yox-0)
6.Birinə elə yalan danışa bilərsən ki, o, bunun sayəsində açıb həqiqəti sənə söyləsin?( hə-1, yox-0)
7.Məktəbli ikən yoldaşından yoxlamanı köçürəndə o, bunu hiss edib?( hə-1, yox-0)
8.Istədiyini əldə etmək üçün mütləq bir yol axtarıb bir yol tapırsan?( hə-1, yox-0)
9.O qədər bic ola bilərsən ki,bunu heç kim hiss etməsin?(hə-1, yox-0)
NƏTİCƏ:
6 baldan yuxarı:
Sən çox bicsən. Elə bir şey yoxdur ki, sənin nəzərindən qaçsın. İstədiyini əldə etmək üçün biclikdə hər yola əl atırsan. Lakin bu xasiyyət zamanla səni insanlara qarşı qeyri-səmimi edə bilər. Xasiyyətində bir az dəyişiklik etsən yaxşı olar.
3 baldan 6 bala qədər:
Sən çox ağıllısan. Səni heç kim aldada bilməz. Və eyni zamanda yalan danışmağı sevmirsən. Bu cür xasiyyət insanları sənə yaxınlaşdırır.
3 baldan aşağı:
Sən hər şeyə inanan insansan. Səni aldatmaq və hövsələdən çıxartmaq çox asandır. Ona görə də hər zaman dostlarının gülüş obyektinə çevrilirsən.
Tarix: 08.08.2012 / 03:23 Müəllif: [Ram] Baxılıb: 1404 Bölmə: Psixoloji Testler