Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Harpaq

Həyatı
Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.

Astiaqa Kirin ordu toplamasıyla bağlı xəbər çatarkən, o, əsas sərkərdəsi Harpaqı yanına çağıraraq ona, ordunu Kirə qarşı döyüşə hazırlamağı əmr etdi. Lakin, Pasarqad döyüşündə Harpaq oğlunun öldürülməsinə görə Astiaqdan qisas almaq üçün II Kirin tərəfinə keçir və beləliklə də Midiya ordusu farslara məğlub oldu.

Mif
Herodot Harpaqın Midiyadan üz döndərməsini Fiestin təsiri ilə verilmiş hannibal ziyafətlə əlaqələndirir. O, bildirir ki, Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana verir və o da uşağı öz övladı kimi böyüdür.

Ön il keçdikdən sonra, Kirin sağ olmasını öyrənən Astiaq bundan qəzəblənərək Harpaqı cəzalandırır. O, onun yeganə oğlunu kəsdirərək, sarayda təşkil olunmuş ziyafətdə içində uşağın atası Harpaqın da olduğu saray adamlarına yedirdir. Harpaq ziyafət zamanı bunu öyrəndikdən sonra, heç bir reaksiya verməyərək sakitcə oğlunun qalıqlarını masalardan toplayaraq məclisdən çıxır və qalıqları dəfn edir. Astiaq daha sonra, maqlarla Kirin taleyini necə həll etmək haqqında məsləhətləşməyə başladı. Onlar, dağda yoldaşları ilə oyun oynayarkən tapılan uşağın kəhanəti gerçəkləşdirərək onun hakimiyyətini əlindən ala biləcəyini, ona görə də saraydan uzaqda saxlanması gərəkdiyini söylədilər. Onların məsləhəti ilə, Astiaq uşağı valideyinləri I Kambiz və Mandananın yanına, Anşana (xarablıqları Şiraz yaxınlığında yerləşən qədim şəhər) göndərdi.

Harpaq oğlunun başına gətirilən faciəvi hadisədən sonra vaxtını Kirə hədiyyələr göndərərək onunla daimi əlaqə saxlamaq və Midiya zadəganlarını Astiaqa qarşı çevirməklə keçirirdi. Bütün hazırlıqlar tamamlandıqda isə o, Kirə xəbər göndərərək, yabanı dovşanın qarın kisəsində gizlənməsini, madayların üsyan edəcəyi təqdirdə babasına qarşı çıxa biləcəyini söylədi.

Harpaq tarixi mətnlərdə
Herodot, "Tarix":
"Astiaq Kirin doğulmasına az qalmış, saray nümayəndələrindən olan və sadiqliyi ilə sçilən Harpaqı ora göndərdi...."

"Kir görəndə ki, lidiyalılar döyüşdə qorxubilməz, rəhbərliyin əmrini gözləmədən özünü irəli verərək ölümə atan, çox döyüşkən xalqdır, o, madaylardan olan məşhur sərkərdə Harpaqı onlara rəhbər təyin etdi. O, ordu hazırlığına şəxsən nəzarət edərək, dəvələri bir yerə topladı, döyüş atlarının hazırlığına xüsusi fikir verdi və atlı döyüşçüləri xüsusi zirehli paltarla təmin etdi. Daha sonra o, lidiyalılardan düzəltdiyi ordu hissələrini özünün rəhbərliyi altında olan digər hissəylə birləşdirdi..."

"Bu arada Astiaq, Harpaqın oğlunu kəsdirərək, xırda tikələrə doğratdı, ətinin bir hissəsini qovurma etdi, digər hissəsini isə suda qaynatdırdı..."

"Kir ərgənlik yaşına çatıb cəsur və güclü döyüşçü kimi tanınanda, Astiaqdan qisas almaq fikrində olan Harpaq ona hədiyyələr və məktublar göndərməkdə davam edirdi..."

"Mazaresin ölümündən sonra, Harpaq onun qələbə və uğurlarını davam etdirmək üçün ora göndərildi. O, eyni zamanda, Midiya hökmdarı Astiaqın verdiyi bədxah ziyafətdən sonra, Kirin hakiiyyəti ələ keçirməsinə kömək etmişdir..."

"İoniyalılar məğlub edildikdən sonra, Harpaq kariyanlılar, kauniyalılar və lisiyalıların üzərinə hücuma keçdi. İoniyalılar və aeoliyalılar orduda xidmət etməyə məcbur edildilər..."

Nabonidin Xronikası:
"Hökmdar Astiaq ordusunu toplayaraq, Anşan hökmdarı Kirə qarşı, onunla savaşmaq üçün yürüşə çıxdı. Lakin ordusu hökmdara qarşı çıxaraq, onu tutub zəncirlədi və Kirə təslim etdi. Kir hökmdar şəhəri olan Ekbatanı ələ keçirdi, eyni zamanda çoxlu qızıl, gümüş və digər qiymətli əşyalar əldə etdi."

Hərbi kariyerası
Astiaqın məğlubiyyətindən (e.ə. 550-ci il) sonra, yeni hökmdar II Kirin rəhbərliyi altında Harpaqın hərbi kariyerası başladı:

Harpaq II Kirin Lidiya hokmdarı Kroesusa qarşı döyüşündə uğurlu taktikadan istifadə edərək dəvəli süvariləri önə verərək Lidiya süvarilərini darmadağın etmişdir.
Lidiyalıların üsyanı və II Kirin başqa bir midiyalı sərkərdəsi |Mazaresin ölümündən sonra II Kir yarımçıq qalmış işləri davam etdirmək üçün ozunun ən uğurlu sərkərdəsi olan Harpaqı Kiçik Asiyaya gondərmişdir.
Bundan sonra bir-birinin ardınca uğurlar qazanan Harpaq lidiyalıların tam tabe edilməsinin ardınca, İoniya, Finikiya, Karia, Lisiya və Kiçik Asiyanın bir çox digər ərazilərini fəth etmişdir.
Bu fəthlərdən sonra, Harpaq II Kirin siyasətini dəstəkləmişdir.
Harpaq həmçinin mühəndis texnikalarında etdiyi yeniliklər – muhasirələr zamanı torpaq səddlərdən (bu üsul daha sonra Makedoniyalı İskəndər tərəfindən Tir şəhərinin fəthi zamanı istifadə edilmişdir) və və yoxuş sipərlərindən istifadəni tətbiq etməsi ilə də tanınmışdır.
Sonrakı həyatı
Fəthlərini tamamladıqdan sonra, Harpaq Kiçik Asiya satrapı təyin edilmişdir.


Tarix: 27.01.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 278 Bölmə: Midiya
loading...