Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqə zamanı yaranan ağrıların səbəbləri

Cütlüklərin cinsi həyatla bağlı üzləşdikləri problemlərdən biri də seks zamanı yaranan ağrıdır. Bu ağrı çox vaxt disparoni xəstəliyinin işarəti kimi qiymətləndirilir.

Disparoni qadınların seks həyatından zövq ala bilməməsinə səbəb olur. Bu isə və partnyorlar arasında cinsi problemlərin yaşanmasına gətirib çıxarır. Bu xəstəlik çox vaxt cütlüyün boşanması ilə nəticələnir.

Qadınların 40 faizinin əziyyət çəkdiyi disparoni haqqında türkiyəli məşhur həkim və psixoterapevt Cem Keçə maraqlı bir elmi məqalə qələmə alıb.

“Ailə dostu” layihəsi çərçivəsində həmin məqaləni təqdim edirik:

Cinsi həyat deyəndə ağla ilk gələn kəlimənin nə olduğunu soruşsaq, təxminən belə cavablar alarıq: zövq, həzz, orqazm, rahatlaşmaq, eşq, sevgi, sevgili, münasibət, sevişmək, ehtiyac, çoxalmaq.

Ancaq bəzi insanların cinsi həyatla bağlı anlayışları tam fərqlidir. Seks dedikdə onların ağlına tamamilə fərqli kəlimələr gəlir. Məsələn, ayıb, qadağan, günah, utanc, istəmirəm, ağrı və sancı.

Bütün bunlar arasında “istəmirəm” və “ağrı” cavabı digərlərindən kəskin şəkildə fərqlənir.
Zövq və həzz almaq üçün baş tutan cinsi aktın insanın ağlına “ağrı” sözünü gətirməsi təbii deyil.
Seks ağrılı bir proses deyil. Fiziki və ruhi sağlamlığı yerində olan şəxslər seks zamanı ağrı hiss etmirlər.
Halbuki bir çox qadın ya həyatının müəyyən bir dövründə, ya da cinsi həyata addım atdığı gündən etibarən seks zamanı ağrıdan əziyyət çəkir. Onların 90 faizi bu ağrının normal olduğunu düşünür. Çünki uşaqlıqdan, ilk gənclikdən etibarən seksin günah və qadağan olduğuna inandırılan qadın onun yaxşı bir şey olduğuna inanmaq belə istəmir. Onlar ağrı hiss etsələr də, cinsi bir problemlə üzləşdiklərini başa düşmürlər. Həyatlarına belə davam etməyə çalışırlar. Bir müddət sonra isə cinsi həyatdan soyuduqları üçün sekslə məşğul olmaq istəmirlər. Təbii ki, bu partnyorla əlaqələrin pisləşməsinə gətirib çıxarır.

Ağrılı cinsi əlaqə (Disparoni)
Kişi cinsi orqanını vajinaya daxil olduğu zaman qadın həmin bölgədə, qasıqlarda, klitora yaxın bölgədə ağrı hiss edirsə, deməli disparonidən şübhələnmək olar.
Belə qadınlar cinsi akt zamanı vaginalarında ağrıyla yanaşı yanma hissi ilə də üzləşməli olurlar.

Disparoninin növləri
Ağrılı cinsi əlaqə mənasını verən disparoni meydana gəldiyi vaxta və bölgəyə görə fərqli növlərə bölünür.
Seks zamanı ağrı əgər ilk cinsi təcrübədən etibarən müşahidə edilirsə, buna “primer disparoni” deyilir. Əgər əvvəllər normal seks həyatı olan qadın sonradan cinsi akt zamanı ağrı hiss etməyə başlayıbsa, bu “sekonder disparoni” adlanır.

Ağrı vaginanın girişində hiss edilirsə, “dayaz disparoni”, vaginanın içərisində hiss edilirsə, “dərin disparoni” hesab olunur.

Diaqnoz necə qoyulur?
Disparonini çox vaxt vaginizm ilə qarışdırırlar. Buna görə də ginekoloq çox diqqətli olmalıdır.

Disparoninin əsas əlamətləri bunlardır:
Penisin vaginaya daxil ola bilməməsi
Kəskin ağrı
Cinsi akt zamanı pelvik əzələlərinin həddən artıq sıxılması
Cinsi həyatdan soyumaq

Disparonidən əziyyət çəkən qadın təkcə cinsi əlaqə zamanı yox, tampon qoyarkən və ginekoloji müayinələr zamanı da ağrı hiss edir.

Disparoninin yaranma səbəbləri fərqlidir
Bu xəstəlik psixoloji problemlərdən də qaynaqlana bilər.
Disparoninin müalicə edilməsi üçün əvvəlcə qadının ağrı hiss etməsinin əsl səbəbi araşdırılmalıdır. Qadının şikayətləri nəzərə alınaraq onu psixoloqa və ya ginekoloqa yönəltmək lazımdır. Ancaq qadın bütün hallarda həkim müayinəsindən keçməlidir. Əgər müayinə zamanı vaginada hər hansı bir virus və ya pelvik əzələlərində bir problem aşkarlanmayıbsa, disparoninin səbəbini qadının ruhunda axtarmaq lazımdır.

Öz-özünü cəzalandıran qadın
Psixoloji problemlər arasında qadının öz-özünü cəzalandırması və müəyyən səbəblərdən yaranan cinsi istəksizlik ilk növbədə gəlir.

Disparoninin düzgün müalicə edilməsi üçün bu iki səbəb araşdırılmalıdır. Bəzi qadınlar cinsi əlaqədən zövq almaq əvəzinə ağrı hiss edib, acı çəkməyi özlərinə borc bilirlər. Onların sekslə və qadın olmaqla bağlı qəlibləşmiş fikirləri iç dünyalarında özlərini günahkar hiss etmələrinə səbəb olur. Belə qadın özünü qırmanclayan qatı dindar kimi çəkdiyi ağrıdan məmnun olur. Ancaq bu məmnunluğunu heç özü də hiss etmir. Lakin mütləq bir gün özünü günahlandırdığını, bilərək əzab çəkdiyini etiraf edir və “mən bu ağrıya layiqəm”, deyir.

Belə qadınalrın özlərini niyə günahkar hiss etdikləri üzə çıxarılmalı və bu psixolojik səbəb aradan qaldırılmalıdır.

Partnyora qarşı soyuqluq
Psixoloji disparoninin digər bir səbəbi də qadında cinsi həvəsin olmamasıdır. Seks zamanı qadın 5 mərhələdən keçir: istəmək, təhrik olmaq, həzz almaq, orqazm və rahatlaşmaq.

Qadın partnyorunu arzulamağa başlayanda beş duyğu üzvü və fantaziyaları hərəkətə gələrək onu erotik dəqiqələrə hazırlayır.

İkinci mərhələyə keçən, yəni təhrik olan qadının genital bölgəsinə qan axışı sürətlənir və əzələlər yumşalır, klitorun həcmi böyüyür, cinsiyyət orqanı nəmlənir və cinsi həyacan hiss edilir. Əgər qadın təhrik olmayıbsa, həzz ala bilmir və cinsi əlaqə zamanı ağrı hiss edir. Qadın müəyyən vaxtdan sonra cinsi əlaqədən soyuyur və sevişmək istəmir.

Burada önəmli olan qadının niyə soyuq davrandığıdır. Partnyor qadında cinsi istək oyada bilmir, yoxsa qadın ümumiyyətlə, sekslə məşğul olmaq istəmir?

Qadın birlikdə olduğu kişini istəməyə bilər, o kişinin sevgisindən əmin olmaya bilər, həmin kişinin sadəcə seks məqsədilə yaxınlaşdığını düşünə bilər, o kişinin gözündə dəyərsiz olduğunu düşünə bilər – bütün bu səbəblər istəksizlik yaradır.

Seksə qarşı istəksizlik
Disparoninin səbəbi cinsi istəksizlik də ola bilər. Bu istəksizlik çox vaxt insanın ruhunda dərin yaralar açan hadisələrdən qaynaqlanır.

Qadın keçmişdə cinsi əxlaqsızlığa, cinsi istismara və ya təcavüzə məruz qalıbsa, bu qadının seksdən soyumasına və seks zamanı ağrı hiss etməsinə səbəb ola bilər.

Seksdən sadəcə kişilərin həzz almalı olduğunu düşünən qadınlar sevişməyi özlərinə yaraşdıra bilmirlər. Cəmiyyət seksin sadəcə fahişə qadınlarla bağlı olduğu fikrini yeridir.

Bu fikir qadının seksə baxış bucağını formalaşdırır və cinsi əlaqədən zövq almağı ayıb kimi başa düşür. Qadının fikrinin dəyişməsinin yeganə yolu isə müalicədən keçir.


Tarix: 31.03.2015 / 18:43 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Maraqli Melumatlar
loading...