Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rənglərin cinsi həyata təsiri

Yedikləriniz, içdikləriniz, olduğunuz məkan və qoxularla yanaşı, rənglər də cinsi həyata təsir edən amillər arasındadır. Rənglərin seks həyatına təsiri aparılan araşdırmalar sayəsində elmi şəkildə təsdiq edilib.

Bəs görəsən, hansı rəng daha çox sevişməyə vadar edir və ya əksinə ehtirası söndürür?

Bu məqalədə araşdırmalara əsaslanmış şəkildə rənglərin cinsi həyata necə təsir etdiyini öyrənəcəksiniz.

Qədim zamanlarda sekslə rənglərin əlaqəsi
Əslində rənglərin cinsi həyata təsiri qədim zamanlardan bəri insanlara məlumdur. Məsələn, Hindistandakı ilk dini mərkəzlərdə rənglərin xüsusiyyətini və insana təsirini araşdırmaq üçün illərlə vaxt sərf edirlərmiş. Həmin vaxtlarda bənövşəyi rəngin qadınların hormonlarını, qırmızının isə kişinin cinsi orqanlarını hərəkətə gətirdiyinə inanılıb.

Qədim zamanlarda seks yoqası deyilən xüsusi bir yoqa növü də mövcud olub. Seks yoqasına hazırlaşanlar “təmizlənmə” adı verilən mərhələ zamanı rənglərdən istifadə ediblər.

Yoqa fəlsəfəsinə görə, insan bədənindəki yeddi enerji mərkəzi, yəni çaxra, yeddi rənglə uyğunluq təşkil edir.

Onurğa sümüyünün ucunda yerləşən çaxra qırmızı, göbəyin iki barmaq altındakı çaxra narıncı, sinə qəfəsinin altındakı günəş çaxrası sarı, ürəyimizin olduğu yerdəki çaxra yaşıl, boğazımızdakı çaxra mavi, alınımızın ortasındakı çaxra göy və nəhayət, başımızın ortasındakı çaxra bənövşəyi rəngdədir.

Qırmızı rəng seksuallıq simvoludur
İngiltərədə psixoloqların apardıqları araşdırma da çox maraqlı şəkildə nəticələnib. Universitet tələbələrinin iştirakı ilə aparılan araşdırma qadınların geyimdə seçdikləri rənglərin kişilərə necə təsir etdiyi müəyyənləşdirib. Məlum olub ki, kişilər ilk görüşməyə gələrkən qırmızı rəng paltar geyinən qadınların seks mövzusunda daha cəsarətli olduqlarını düşünürlər.

Yaşları 18-21 arasında dəyişən kişilər ilk görüşə qırmızı rəngdə paltarla gələn qızlarla görüşdən sonra sekslə məşğul olma ehtimalının çox olduğunu sanırlar.

'İctimai psixologiya gündəliyi' adlı jurnalda nəşr olunan araşdırma beləliklə, kişilərin ən çox qırmızı rəngdə geyinən qadınları cazibədar hesab etdiklərini ortaya çıxarıb.

Kişilərin qadına seksuallıq bəxş etdiyini düşündükləri digər rənglər isə ağ, mavi və yaşıldır.

Yataq otağının rəngi ehtirasa gətirir
Rənglərlə seks arasındakı əlaqəni araşdıran başqa bir qrup alim isə çox maraqlı nəticələr əldə ediblər. Belə ki, yataq otağında istifadə edilən əsas rəngin cütlüklərin həftə ərzində sekslə neçə dəfə məşğul olacaqlarına təsiri öyrənilib.

'Littlewoods.com” adlı saytda yayımlanan araşdırmaya görə, məsələn, yataq otağının divarları bənövşəyi rəngdədirsə, həmin cütlük sekslə daha çox məşğul olacaq. Bənövşəyi rəng seks istəyini artırır. 2 min adamın iştirakıyla baş tutan araşdırma yataq örtüyünün də cinsi istəyə təsir etdiyini üzə çıxarıb. Yəni istər otağın divarlarında, istər yorğan-döşək dəstində, istərsə də otaqda istifadə edilən əşya və aksessuarlarda bənövşəyi rəngə üstünlük verərək daha keyfiyyətli seks həyatı yaşamaq mümkündür.

Yataq otağında bənövşəyi rəngə üstünlük verən cütlüklər həftədə orta hesabla 3 dəfə sevişirlər.

Qırmızı və mavi rəngin də ehtirası yüksəltdiyi məlumdur. Araşdırma göstərib ki, yataq otağını qırmızı rəngə boyayanlar həftədə 2, mavi rəngi seçənlər isə bir dəfə sekslə məşğul olurlar. Boz isə ehtirasa və seks həyatına mənfi təsir edən bir rəng kimi yadda qalıb. Belə ki, yataq otağının divarları boz rəngdə olanların həftədə 1 dəfə, o da çox qısa çəkən cinsi münasibətdə olduqları ortaya çıxıb.

Rəngini söylə, cinsi həyatını öyrən
Seksopatoloq Gökçen Ərdoğan insanların sevdikləri rənglərin onların seks həyatının əsas cizgilərini müəyyənləşdirdiyini bildirir. Belə ki, seçdiyiniz rəng yataqda necə bir performansa sahib olduğunuzu və nələrdən xoşlandığınızı ortaya çıxarır.

Beləliklə, partnyorunuzun sevdiyi rəngi bilsəniz, onun yataqda nələr arzu etdiyini də öyrənmiş olacaqsınız. Bu da daha təmin edici və xoşbəxt seks həyatının başlanğıcı olacaq.


Saflıq, təmizlik rəmzi olan ağ rəngi sevən şəxslərin seks həyatında sabitlik və monotonluq hökm sürür. Ağ rəngi sevənlər seksdə təcrübəsiz və utancaq olurlar. Məsələn, sevişərkən mütləq işıqları söndürürlər, partnyorlarının yanında çılpaq gəzmirlər və ya yorğan altında sevişməyə üstünlük verirlər. Yataqda sanki vəzifə icra edirmiş kimi davranırlar. İşləri bitdikdən sonra arxalarını çevirib yatırlar. Onlardan yataqda romantika gözləmək əbəsdir. Ancaq təmizliyə çox fikir verirlər. Yuyunmadan yatağa girmirlər.

Boz
Boz diqqət çəkməyən, xüsusi bir özəlliyi olmayan, ağla qaranın arasında qalmış bir rəngdir. Elə boz rəngi sevənlər də bu rəngin xüsusiyyətlərini daşıyırlar. Yəni, nə zaman nə edəcəklərini öncədən təxmin etmək çətindir.

Əgər uyğun şərait varsa və xoş əhval ruhiyyədədirsə, onun seks performansı sizi təəccübləndirə bilər. Bəzən sanki seksdən heç zövq almadığını hiss etdiyiniz bu tip insanlar, bəzən də həyatdakı tək məqsədi sekslə məşğul olan insan təəssüratı oyandıra bilirlər.

Mavi
Evinə, həyat yoldaşına vəfalıdır. Olduqca romantikdir. Seks zamanı incitməməyə və zövq verməyə diqqətlə yanaşır. Ön sevişmənin uzun müddət davam etməsinə çalışır. Seks zamanı özündən çox partnyorunu düşünür. Mavi rəngi sevənlərin seks həyatı xoşbəxt hesab edilə bilər. Bu, onların evliliklərində də əks olunur. Belə ki, mavi rəngi sevənlərin boşanma ehtimalı çox az olur.

Onlar üçün seksuallıq əsas məsələ deyil, daha çox sevgi, şəfqət və bağlılıq hisslərinə əhəmiyyət verirlər.

Qəhvəyi
Həyatda gücsüzlük simvolu olan bu rəng geyşa ruhlu insanlara uyğundur. Qəhvəyi rəngi sevənlər yataqda partnyorundan əmr almaqdan və deyilənlərə əməl etməkdən həzz alırlar. Xoşlandığı insanı xoşbəxt edəndə özünü yaxşı hiss edir. Sözlər ona çox təsir edir. Onu şövqə gətirmək üçün tez-tez hərəkətlərini təsdiq edən sözlər demək lazımdır. Romantikaya önəm verir. Sevişmədiyi zamanlarda əl-ələ tutmağa, qucaqlaşmağa, sevdiyi şəxsin qoxusunu hiss etməyə çalışır. Əsla arxasını çevirib yatmaz.

Narıncı
Cinsi həyatda fantaziyalarından bəhrələnməyi xoşlayır. Duyğularını açıq şəkildə dilə gətirir. Hər sevişmənin yadda qalmasını istəyir. Ona görə də hər dəfə fərqli üsullara, qeyri-adi pozalara meyil edir. Xəyanət etməyə meyillidirlər. Fərqliliyi xoşladıqları üçün tez-tez partnyor dəyişdirmək onlar üçün adi haldır.

Seks zamanı danışmağı sevirlər. Sərt seksdən zövq alırlar.

Qara
Gerçək həyatda dominant xarakterin, gücün simvolu olan qara rəng cinsi həyatda da şəhvətin rəngidir. Sado-mazo əlaqələrə meyilli olan insanların sevdikləri rəngdir. Ən çox qəhvəyi rəngi sevənlərlə yola gedə bilirlər.

Özlərinə sərhəd qoymurlar. Yer, zaman, məkan fərqi qoymadan sekslə məşğul ola bilərlər. Yataqda sərtdir və istədiyini əldə etməyə can atır. Gündəlik həyatda isə yumşaq və mülayimdir. Hətta bu insanlar o qədər səmimi və istiqanlıdırlar ki, onların yataqda sərt ola biləcəyi heç kimin ağlına belə gəlməz.

Sarı
Sarı rəngi sevənlər mükəmməllik axtarışında olurlar. Onlar üçün ən uyğun zaman, məkan və partnyor olmadıqca cinsi əlaqəyə girməyi düşünmürlər. Hətta toy gününə kimi bakirəliyini və ya bakirliyini qoruyub saxlayanların sarı rəngi sevənlər arasından çıxdığı deyilir.

Onlar əsla seks istədiklərini büruzə verməzlər. Həmişə ilk addımı qarşı tərəfin atmasını gözləyərlər. Çox vaxt ehtirasları sönük olur və seksə həvəssiz başlayırlar. Ancaq nəticənin mükəmməl olması üçün əllərindən gələni edirlər.

Yaşıl
Sadiq və vəfalı insanlardılar. Partnyorunuz yaşıl rəngi sevirsə, ondan şübhələnməyinizə gərək yoxdur. Bu rəngi adətən, təmiz, saf, məsum insanlar xoşlayırlar. Partnyoruna güvənər, hər işdə sadəliyə üstünlük verər. Partnyorunu yataqda hakimiyyəti ələ keçirməsindən xoşlanar.

Gözəl qoxular onların ağıllarını başlarından alır.

Qırmızı
Şəhvət və ehtirasin rəngidir. Bu rəngi sevənlər bütün gün seks haqqında düşünürlər. İstədikləri hər kəsi sekslə məşğul olmağa razı sala bilərlər. Çox qısqancdırlar, eşq üçün nəinki mübahisə etməkdən çəkinmirlər, hətta müharibə də elan edə bilərlər. Partnyorlarından “yox” cavabı almaq onların ehtirasını söndürmür. İstədiklərini əldə edənə kimi təkidlərinə davam edərlər. Yeniliklərə açıqdır və bu mövzuda həmişə axtarış içərisindədir. Özünü seks mövzusunda çərçivələrə salmır. Partnyorunu çaşdırmağı və ehtirasa gətirməyi bacarır.

Bənövşəyi
Qırmızı kimi bənövşəyi də insana təsir edərək ehtiras hissini artırır. Bu rəngi sevənlər sadəcə yataqda deyil, işdə, evdə, ictimai həyatda da daim uğurlar əldə edirlər. Həm həzz almağın, həm də həzz verməyin ən incə nüanslarına bələddirlər.

Partnyorunu xoşbəxt etmək onun əsas məqsədidir. Bu insanları ideal adlandırmaq olar.


Tarix: 31.03.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 345 Bölmə: Maraqli Melumatlar
loading...