Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Çılpaq qadın” 106 milyon dollara satıldı

Pikassonun en zeif eseri dünya rekordunu qırdı Meşhur ispan ressamı Pablo Pikassonun 1932-ci ilde çekdiyi “Çılpaq qadın” eseri dünen Nyu-Yorkun Christie’s ticaret evinde keçirilen herracda 106 milyon dollara satılıb. Herracın metbuat xidmetinin yaydığı melumata göre, bununla da resm eseri en bahalı incesenet eseri olaraq yeni dünya rekorduna imza atıb. Alıcının resm eserine ödediyi deqiq mebleğ 106 milyon 482 min 500 dollardır. En bahalı resm eserinin sahibinin adı melum deyil. Qeyd edek ki, ekspertler eseri 70-80 milyon dollar qiymetinde deyerlendirmişdiler. Onların fikrince, “Çılpaq qadın” Pikassonun heç de en yaxşı işi hesab olunmur. Görkemli ressamın bu eseri 50 ildir sergilenmirdi. 8 mart 1932-ci ilde yaradılmış eserde ressamın sevgilisi – sarışın Mari-Terez Valter mifik Dafna obrazında tesvir edilib. Onların on iledek davam eden münasibetleri Pikassonun yaradıcılığının en parlaq illeri olub. Mari-Terez üçün ise Lafayyet qalereyasının qarşısındakı tesadüfi küçe tanışlığı ömürlük mehebbete çevrilib. O, ressamın ölümünden 4 il sonra intihar edib.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Maraqli Melumatlar
loading...