Sekslə bağlı doğru hesab edilən yalanlar
Seks(18+)
Çoxsaylı xahiş və müraciətləri nəzərə alaraq sizlərə bu mövzunu paylaşmaq qərarına gəldim ancaq ilk baxışdan göründüyü kimi mövzu daha çox maarifləndirici xarakter daçıyır. Sekslə bağlı elə özünüzə, partnyorunuza dediyiniz və yaxud ya elə sizə söylənən çoxlu yalan var. Mövzu da elə həmin yalanları ortaya çıxartmaq və daha düzgün məlumatları sizinlə paylaşmaqdan ibarətdir.
Seksin insan vücuduna müsbət təsirli hərəkət olduğu dəqiqdir. Seks sağlıq baxımından yaxşıdır amma xəstə olduğunuz zaman sizi yaxşı etməyəcək, sizə mənfi təsir göstərəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir. Xəstəlik zamanı cinsi əlaqədən uzaqlaşmaq çox vacib məsələdir.
Evlilik öncəsi cinsi əlaqə hər kəsin şəxsi seçimidir. Evliliyə hazır olmaq üçün öncədən mütləq cinsi yaxınlıq göstərmək yalandır. Evlilik öncəsi cinsi əlaqənin evliliyə hazırladığı, ya da ona müsbət təsir göstərməsi təsbit edilməyib. Ən doğrusu, özünü hazır hiss etdiyi zaman sağlam cinsi həyat yaşamağa başlamaqdır.
Seks sevginin tək sübutudur kimi deyilən fikrlər də doğru deyil. Aşiq olduğunuz adam ona olan sevginizi cinsi əlaqə yoluyla sübut etmənizi istəyirsə, bunda israrlı davranırsa və siz bunu istəmirsinizsə, çox düşünməyə gərək yoxdur, yeganə yol ondan qaçaraq uzaqlaşmaqdır.
Seks, partnyorunuzun sizi sevməyə davam etməsinə rəvac vermir. Seksin bitməkdə olan münasibətlərin davam etməsinə şərait yaratdığı tez-tez duyula bilər. Amma bir kəslə sadəcə cinsi münasibətinizin davam etməsi, onun sizi hər zaman sevəcəyi anlamına gəlmir. Başqa sözlə, seks, sevgini satın ala bilməz. Bundan başqa mükəmməl cinsi həyatı olan cütlüklərin ayrılması da bilinən bir şeydir.
Kişinin sağlam cinsi yaşam sürdürməsi təbiidir və bunun bir xeyli gözəl tərəfi olduğu kimi, həm də əyləncəlidir. Seks olmadan yaşaya bilməmək kimi bir durum olmasa da, «bir daha etməyəcəm» demək də böyük bir yalandır. Bəzən seksdən sonra yaranan peşmançılıq bir müddətdən sonra boşa çıxır və yenidən bu istək yaranır. Əgər cinsi əlaqə zamanı peşmançılıq hissi duyursunuzsa deməli partnyorunuz ürəyinizcə deyil sadəcə təlabatınızı ödəməyə çalışmısınız.
Çox qədimdən bəri səslənən fikir «Seks olmadan olmaz» bu, bəlkə də seks haqda söylənən ən böyük yalanlardan biridir. Vücudumuz cinsi əlaqəyə təbii olaraq çox uyğun olsa da, bu bir qadının, ya da bir kişinin seks olmadan yaşaya bilməyəcəyi anlamına gəlməz. Əlbəttə sağlam bir cinsi həyatın həm fiziki, həm də mənəvi baxımdan çox xeyri olduğu məlumdur, amma «seks olmadan olmaz» demək də doğru deyil.
Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqli Melumatlar