Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

pornoqrafik materiallari yaymaga gore cinayet mece

AR-nın Cinayət Məcəlləsinin 27-ci fəsilisinin (İctimai mənəviyyat əleyhinə cinayətlər) 242-ci maddəsi nə (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) görə:
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət -
şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
İndi diyəcəksiniz ki, mən bunu burda niyə yazdım? Ona görə ki, son 15 ildə pornoqrafiyanın yayılması artıb, amma bu maddə ilə Azərbaycanda heçkim məhkum olunmayıb. Ancaq bu maddəni işə salmaq vaxtı çoxdan gəlib.
Xüsusiylə də İnternetdə porno mövzusu çox yayılıb. Son vaxtlar azəri saytlar arasında çox sayıda əxlaqsız məzmunlu saytlar populyarlaşıb. Fikir vermişsinizsə, əksər wap saytlarda “+18” və ya “erotika” kateqoriyaları adi hal alıb. Əslində beynəlxalq domain zonalarında açılan, xaricdə hostinqlənən saytlara hüquqi tədbir görmək mümkün deyil. Amma .AZ domeyn zonasında olan belə saytlar, Azərbaycan Respublikası qanunlarına tabə olduqları üçün, belə saytların sahiblərinə qarşı tədbir almaq mümkündür. Hətda mümkün olmasından savayı, qanun bunun edilməsini tələb edir. Bizim tanış hüquqşunaslar deyirlər ki, sayt xaricdə qeydiyyatdan keçsədə, xostinq da orda olsa, amma sayt sahibinin Azərbaycanda olduğu sübuta yetirilərsə, o halda da CM-nin 242-ci maddəsi ilə cinayət işi açılması mümkündür.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqli Melumatlar
loading...