1.Qədim Romada qadınların öz malına hökm və vəsiyyət etməyə hüququ çatmırdı. O, öz cehizinə də sahib deyildi. Cehizsiz ailə qurmaq qadağan edilmişdi. Hətda bu şərəfsizlik kimi qiymətləndirilirdi. Bu halda uşaq dünyaya gələrdisə, qeyri qanuni sayılırdı.
2. Avstralira aborigenlərinin adətinə görə, kişi arvadının qulağına get sözü deməklə boşanmış olur. Qadınların isə boşanma hüququ yoxdur.
3.Madakasqarın yerli əhalisinin adətinə görə, ailə münasibətlərində boşanmanın qarşısını almaq üçün müvəqqəti boşanmalardan istifadə olunur. Yəni ər arvadı boşayarsa bu boşanma müvəqqəti olur və müəyyən dövrdən sonra nigahı təntələli şəkildə bərpa etmək mümkündü.
4. Çində də qadın hüquqları məhdud olmuşdur. Əgər qadın oğlan övladı dünyaya gətirməzdisə, oğurluqla məşğul olardısa, ərinin sözünə baxmazdısa, əri onu asanlıqla boşaya bilərdi.
5. Əfqanıstandakı Nuristan əyalətininin sakinlərinin adətinə görə qadın boşanmaq istəyirdisə ikinci dəfə ərə gedərkən, onun yeni əri, keçmiş ərinin çəkdiyi toy xərclərini üç qat ödəməliydi. Boşanmağı kişi tələb edərdisə, yeni ər yalnız toya çəkilən xərci odəməli olurdu.
6. Livanın bəzi yerlərində isə qadın evdən çıxarkən ərinin icazəsini alırmış. Ər desə ki, "get və yanidən qayıt", demək hər şey qaydasındadı. Əgər qadını boşamaq istəyirsə bu zaman ər yalnız "Get" ifadəsini işlədirdi.
Tarix: 06.12.2014 / 11:01 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri