Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İştahı azaldan bitkilər

Yaşıl çay
Maddələr mübadiləsinin sürətini artırır. Bu çay enerji istehsalını artıraraq yağ yandırmağa kömək edir. Tərkibindəki C vitamini və antioksidant xüsusiyyətləriylə əlavə faydaları vardır.

Mate yarpağı
İştah azaldan möcüzəvi bir bitkidir. Bədəndə sanki «yağ ovuna» çıxan bir xüsusiyyətə malikdir. Cənubi Amerika yerliləri qıtlıq və quraqlıq zamanında bir neçə yarpaq yeyərək bədənlərini onunla güçləndirirdilər. Onlar bu çayı bol miqdarda içərək həyatda qaldılar.
Yüksək nisbətdə kalori yandıran mate yarpağı, bitki mənşəli zəifləmə potensialı ən yüksək olan bitkilərdən biridir. Eyni zamanda zehni və fiziki yorğunluğun müalicəsində çayını içərək istifadə edə bilərsiniz. Çəki itkisi üçün «yaşıl qızıl» olaraq xatırlanan bu çayı evdən əskik etməyin.

Sitrus meyvələrinin efir yağları
Sitrus meyvələrinin (portağal və limon) efir yağları bədəndəki artıqları qalıcı olaraq əridən təbii bir yoldur. Bu yağlar suya damladılaraq içmək yolu ilə istifadə edilir.

Kərəviz
Daimi istifadə ediləndə immun sistemini gücləndirir, həzmi normallaşdırır və maddələr mübadiləsini sürətləndirir. Kərəvizi həzm etmək üçün bədən çox kalori xərcləyir. Kərəviz yeməyini və ya şorbasını hər gün və ya günaşırı yesəniz, çəki itirdiyinizin şahidi olacaqsınız. Kərəvizin salatını edərək də istifadə edə bilərsiniz.

Darçın
Bu ədviyyatın təsiri xalq arısında «metabolik sindrom» olaraq bilinən insulin müqavimətinə qarşı döyüşdə potensial bir vasitə olmasıdır. Darçın tozunu yemək və içkilərə əlavə edərək istifadə edə bilərsiniz. Darçının qabıq halı isə bitki çaylarına qoyulsa, arıqladıcı təsiri olan yüksək bir içki əldə edərsiniz.

Hil
Pudinq, südlü şirniyyatların yanında, çay ilə qəhvədə ləzzət verici təsirinə görə işlədilən bir bitkidir. Ədviyyat olaraq satılır. Sakitləşdirici və həzmə köməkçi olan bu otu arıqlamaq istəyənlərə mütləq tövsiyə edilir. Digər tərəfdən sarımsaqlı, soğanlı yeməklərdən sonra kiçik bir hil nəfəs təzələməyi təmin edər. Konsentrasiyanı artırmaq və sakitləşdirmə xüsusiyyəti vardır. Çayınıza, şəkərsiz qəhvəyə və ya bir stəkan ilıq suya bir çimdik ataraq için. Nizamlı olaraq arıqladığınızı görəcəksiniz.

Banan
Toxluq hissi verdiyi üçün çəki azaltmaqda yardımçıdır.

Kətan toxumu
Vitamin, zülal və lif baxımından mükəmməl bir qaynaqdır. Bir qaşıq tırtıllı kətan toxumunu qatığa əlavə etdiyiniz zaman özünüzü ac hiss etməzsiniz. Buna əlavə olaraq immun sistemini gücləndirər. Yeməklərdən yarım saat əvvəl qəbul edilməlidir.

Cəfəri
Əla bir sidikqovucudur. Cəfəri suyu iştahınızı basdırar və qida istəyini azaltmağa kömək edir. Kök suyu və cəfəri suyu birlikdə qəbul edilərsə, qan şəkəri səviyyəsini qorumağa köməkçi olur.

Gicitkən
Bədəndən toksinlərin atılmasına köməkçi olar. Gicitkən otu iştahı kəsən, arıqlamağa kömək edən çay kimi dəmlənib içilməlidir. Tərkibi C və E vitaminləri baxımından zəngindir. Kalsium, maqnezium, dəmir, silisium, kalium kimi minerallar da tərkibinə daxildir.

Şüyüd
Aclığı azaldır, 4 çay qaşığı razyana toxumunun üzərinə 2 litr qaynar su tökün və 5 dəqiqə bişirin. Gündə 3 dəfə 4 stəkan için.

Qırmızı bibər
Qırmızı bibər maddələr mübadiləsini təxminən 25% nisbətində yüksəldir. Digər tərəfdən susuzluğu təşviq edərək daha çox su içilməsini təmin edir. Beləcə, arıqlamağa səbəb olur.

Arı mumu
Maddələr mübadiləsini canlandırır və iştahınızı basdırar.


Tarix: 25.11.2014 / 12:03 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...