Şirniyyatdan imtina edə bilməyənlər üçün pəhriz saxlamaq o qədər də asan deyil. Amma dietoloqlar bunun da çarəsini tapıblar.
Sizlərə şirniyyat sevənlərə şipşirin pəhriz təqdim edirik:
Pəhrizi 5-7 gündən çox saxlamaq olmaz. 4-5 gün ara verməklə onu yenidən təkraralamaq mümkündür.
PƏHRİZİN QAYDASI
• Gün ərzində 2 baton qara, çərəzli və ya sadə-südlü şokolad yemək olar.
• İçkilərdən isə şəkərsiz, südlü qəhvə içmək olar.
• İçkini şokoladı yeyəndən 3 saatdan sonra qəbul etmək lazımdır.
• Pəhriz zamanı dişləri yumaq vacibdir. Əks halda karies təhlükəsi ilə qarşılaşarsınız.
Pəhriz zamanı:
Səhər 30 qram acı şokolad yeyib (fındıq və üzümsüz), şəkərsiz qəhvə için.
Naharda 40 qram acı şokolad yeyib, şəkərsiz qəhvə için. yanında iki-üç ədəd qoz yemək olar.
Şam yeməyində içərisində üzüm olan 40 qram acı şokolad yeyin.
PƏHRİZİN XEYRİ
• Şokolad immuniteti yüksəldir.
• Stressdən azad edir, depressiyanı uzaqlaşdırır.
• Pəhriz zamanı başağrılarından və halsızlıqdan əziyyət çəkməyəcəksiniz.
• Bu pəhriz gün ərzində şirniyyat tələbatını sıfıra endirir.
• Qəbizliyi aradan qaldırır.
• Aşağı təzyiqi normallaşdırır.
• Əhvalı yüksəldir.
• İştahanı sıfıra endirir.
PƏHRİZİN MƏNFİ CƏHƏTLƏRİ
• Qaraciyərində problemləri olan insanlar bu pəhrizdən imtina etməlidirlər.
• Hipertoniyadan əziyyət çəkən (yüksək təzyiq) insanlara bu pəhriz qəti qadağandır.
• Allergiyası olan insanlara şokolad qəti qadağandır.
ŞOKOLAD PƏHRİZİ MÜĞƏNNİ ALSUNUN ƏN SEVDİYİ PƏHRİZDİR.
BU PƏHRİZ VASİTƏSİLƏ 6 KQ. ARIQLAMAQ MÜMKÜNDÜR.
Tarix: 25.11.2014 / 11:22 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri