Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaqlarından narazısan? Çarən bizdədir!

Qıç baxımı mövzusunda diqqət yetirməniz lazım olan nöqtələri sıralarıyaq :



Yorğun qıçlarınızı mütləq dinləndirin. Ayağınızı, qıçlardan başlayıb topuğa qədər kremləyin. Uyğun bir yerə uzanın və qıçlarınız ürəyiniz səviyyəsində olsun. Ayağınızın altına çox yüksək olmayan bir yastıq qoya bilərsiniz. Qıçlarınızı sıra ilə havaya qaldırın, əl barmaqlarınızla əzələləri, uzun oxları boyunca yaxşıca sıxaraq masaj edin.





Qadınların böyük bir qismi qıçlarıyla problem yaşayır.



Mütəxəssislərə görə, budlarınızı naziltmək üçün o bölgəyə istiqamətli məşqlər etmək lazımdır. Yalnız qaçmaq, nərdivan çıxmaq və aerobik etmək bu problemli hissənizi həll etməyəcək.



Yağlı və yumşaq bölgəni möhkəmləşdirmək üçün məşq təmin edən spesifik hərəkətlər etmək lazımdır. Doğru nöqtəyə doğru növdə və kafi miqdarda məşqlə fokuslanmaq lazımdır. Eyni hərəkəti çox etmək bədəninizi formaya salmaq yerinə zərər verər.



Sizə təklif edəcəyimiz məşqləri hər qılçanız üçün 15 dəfə təkrarlayın və istirahət etmədən bütün məşqləri tamamlayın. 3 məşqi də etdikdən sonra 15 dəqiqə istirahət edin və bunu gündə iki dəfə təkrarlayın.



1 - Bir ayaq havada olacaq şəkildə yataraq budlarınızı yığmaq.



Çiyinləriniz yerə dəyəcək şəkildə kürək üstü yatın. Qıçlarınızı irəliyə doğru yaxşıca gərin və dizlərinizi bükmədən düz tutmağa çalışın. Sağ topuğunuzun yerdən 15 sm qədər yuxarıya qaldırın və sol qıçınız gərgin halıyla dayanarkən sağ topuğunuzun digər ayağınızın soluna kilidləyin. Eyni hərəkəti sol ayaqlarınızda təkrarlayın.



2 - Tək ayaq üzərində ayaqda dayanmaq:



Kürəyiniz dik bir şəkildə ayaqda durun. Qıçlarınız arasında bir az məsafə olmasına diqqət edin. Dizlərin gərgin bir vəziyyətdəykən sağ ayagınızla 15 sm diametrdə bir dairə çəkməyə çalışın. Dizi və əzələləriniz gərgin vəziyətdəykən sağ ayağınızı sol ayaq barmaqlarınızın üzərindən keçirin. Hərəkətə sağ topuğunuz sol topuğunuza dəyişəne qədər davam edin. Qıçlarınızın gərginliyini pozmadan başlanğıc mövqesinə geri dönün və hərəkəti sol ayaqlarinizda təkrarlayın.



3 - Duz uzanaraq:



Kürək üstü yatın və qıçlarınızı önə doğru edin. Topuklarınızı və ayaq barmaqlarınızı uzanabildiyiniz qədər uzaq bir məsafəyə uzadın. Ayaq barmaqlarınızın və qıç əzələlərinizin gərginliyini pozmadan qıçlarınızı qayçı şəklində aça bildiyiniz qədər çox açın. Istirahət etmədən başlanğıc mövqesinə dönün və hərəkəti təkrarlayın.


Tarix: 03.07.2013 / 22:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...