Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəllik məhsulları məlum oldu

Nə yediyimiz xarici görkəmimizə ciddi təsir göstərir. Bu, artıq təsdiq edilmiş bir faktdır. Son dövrlər alimlər qidanın dəriyə, saça, dişlərə, hətta gözlərin rənginə necə təsir göstərdiyini araşdırıblar.

Hər zaman gənc və gözəl qalmaqda aşağıdakı qidalar yardımçınız olacaq:

Təmiz dəri
Boranı tumu civzə əleyhinə əsl dərmandır. "Ye, iç və gözəlləş" kitabının müəllifi olan dietoloq Ester Blum iddia edir ki, bu tumlar sinklə zəngindir. Amerika Dermatoloqlar Akademiyasının araşdırması da göstərib ki, məhz bu maddənin çatışmazlığı ucbatından dəri sallanır. Gün ərzində 1-2 xörək qaşığı ilə təmizlənmiş boranı tumu yemək bu problemi aradan qaldıra bilər.

Təravətli sima
Dəmirin zənginliyi simaya sağlam və parlaq görkəm verə bilər. Vəzəri salatı bu işdə əsl yardımçınız olacaq.

Parlayan gözlərspanağın tərkibindəki lyutein maddəsi göz xəstəliklərinin qarşısını ala bilir. Bundan başqa yorğunluğu götürərək gözə təbii təravət bəxş edir.


Tarix: 24.11.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...